Məhkəmə qərarları › İş №3(014)-401/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-401/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-401/2024 20.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 avqust 2024-cü il tarixdə Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşı ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə də Şəxs barəsində 20 avqust 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X7 bildirdi ki, Şəxs 20 avqust 2024-cü il tarixdə Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, polisin ünvanına nalayiq ifadələr işlətmiş, buna görə də 20 avqust 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, həmkəndlisi İlqar adlı şəxsə pres yığmış, lakin İlqar onun pulunu kəsdiyi və vermədiyi üçün 20 avqust 2024-cü il tarixdə İlqarla yüskək səslə danışaraq istəmədən söyüşlər söymüşdür. Həmin vaxt ətrafda olan polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını və söyüş söyməməsini bildirsələr də o, polislərin qanuni tələblərinə tabe olmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır, məhkəmədən bağışlanmasını xahiş edir. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 20 avqust 2024-cü il tarixdə Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində polis əməkdaşı Rauf Yunusovla birlikdə xidmətdə olarkən 1 nəfər şəxsin küçədə ucadan qışqırıb səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü görmüşdür. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ona sakit olmasını, ictimai qaydanı pozmamasını bildirərək nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz gərəkətlərinə davam etmiş və polisə küçə söyüşləri söymüşdür. Bundan sonra həmin şəxsin şəxsiyyətini müəyyən etmək və barəsində qanuni tədbir görülməsi üçün Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. X5 da digər şahid Nemət Zeynallının izahatı ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan raportdan görünür ki, Ağdaş RPŞ-nin İTB-nin polis nəfəri Nemət Zeynallı raportla Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə raportla müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 11:50 radələrində Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində RPŞ-in İTB-in sahə polis nəfəri, polis serjantı Rauf Yunusovla birgə xidmətdə olduğu zaman 1 nəfər şəxsin küçədə ucadan qışqırıb səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ona sakit olmasını, ictimai qaydanı pozmamağı bildirib nizam- intizamlı olmağa dəvət etmişlər. Həmin şəxsə AR İXM-in 510-cu maddəsinin tələblərini izah etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış, səs-küy salmağa və ünvansız küçə söyüşləri söyərək öz qanunsuz əməllərini davam etmişdir. Polisin barəsində küçə söyüşləri söyməyə başlamışdır. Həmin şəxsin əməlində AR İXMnin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri olduğu üçün həmin şəxsin şəxsiyyətini müəyyən etmək və barəsində qanuni tədbir görülməsi üçün onu Ağdaş RPŞ-nə dəvət edərək gətirib Növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə həmin şəxsin Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində qeydiyyatda olan, xx.xx.1989-cu il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs oğl barəsində 06 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının İXM-nın 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 20 avqust 2024-cü il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. Həbsetmənin əvvəli 20 avqust 2024-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar