Məhkəmə qərarları › İş №3(014)-402/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-402/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-402/2021 07.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1980-cı il tarixdə X2 şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Türyançay qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Ağdaş şəhərində 07 oktyabr 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə MN ******* saylı saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 06.10.2021-ci il tarixdə saat 23:30 radələrində sərxoş vəziyyətdə Ağdaş rayonu Yuxarı Ləki kəndində Zərərçəkmiş şəxs məxsus evin həyətində Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyərək təhqir etməklə xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, 06.10.2021-ci il tarixdə dayısıgilə getmiş, orada spirtli içki qəbul etdikdən sonra Bakı şəhərinə getmək qərarına gəlmişdir. Sərxoş olduğu üçün baş verən hadisəni xatırlamır. Ayıldıqdan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs həyətinə daxil olmuş orada onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Bu zaman hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Əməlindən səmimi peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 06.10.2021-ci il tarixdə saat 23:30 radələrində azyaşlı uşaqları ilə televizora baxarkən həyətdən səs gəldiyini eşitmiş, bu zaman həyətə baxarkən tanımadığı şəxsin həyətdə dayandığını görmüşdür. Əri evdə olmadığı üçün bu barədə ərinə məlumat vermiş, əri evə gələnədək həmin şəxsin onun həyətində çıxıb getməsini tələb etmişdir. Bu zaman Şəxs onu nalayiq söyüşlərlə söyərək təhqir etmiş, daha sonra həyətlərinə polis əməkdaşları gəlmiş, Şəxs polis əməkdaşlarına müqavimət göstərərək həyətindən çıxmamışdır. Şəxs şikayətçidir, onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən Ağdaş RPŞ-nin İTB-nin polis nəfəri X3 göstərmişdir ki, 06.10.2021-ci il tarixdə saat 23:30 radələrində xidmətdə olan zaman DİNnin 102 xidmətinə daxil olmuş məlumatla əlaqədar Ağdaş rayonu Yuxarı Ləki kənd sakini Zərərçəkmiş şəxs həyətinə getmişlər. Həyətə daxil olan zaman orada Şəxs Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir edərək xuliqanlıq hərəkətlərinə yol verdiyini görmüşlər. Bu zaman onu nizam intizama dəvət etmişlər. Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə şahid qismində izahat vermiş X4 şahid X1 göstərdikləri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyə təqdim edilmiş 07.10.2021-ci il tarixli sərxoşluğun müayinəsi aktından görünür ki, Şəxs 07.10.2021-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında 07.10.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 07.10.2021-ci il tarixdə saat 00:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Şəxs 06.10.2021-ci il tarixdə saat 23:30 radələrində sərxoş vəziyyətdə Ağdaş rayonu Yuxarı Ləki kəndində Zərərçəkmiş şəxs məxsus evin həyətində Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyməklə təhqir edərək xuliqanlıq hərəkələrinə yol vermiş, həmçinin hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə Şəxsn oğlunun Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törətməsi onun məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, inzibati xətanı sərxoş vəziyyətdə törətdiyini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 07 oktyabr 2021-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar