Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-402/2022 04.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 iştirakı ilə 12 avqust 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 13/56 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 04 avqust 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələri ilə MN1352058 saylı saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 03 avqust 2022-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul etmiş və həmin tarixdə **- SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 286-cı km-də hərəkətdə olarkən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın Vİİİ Tağımının əməkdaşlarının “Saxla işarəsinə” qəsdən tabe olmamış, həmin yolun 266-cı km-də yaradılan süni maneə zamanı avtomobil saxlanılmış, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, daha sonra Şəxs Ağdaş rayon Polis şöbəsinə gətrilmiş, 03 avqust 2022-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul etdiyi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserində Şəxs sidik nümunələrində OPİ qrupuna aid narkotik vasitə aşkar olunmuş və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında izah etdi ki, Şəxs 03 avqust 2022-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul etmiş və həmin tarixdə **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 286-cı km-də hərəkətdə olarkən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın Vİİİ Tağımının əməkdaşlarının “Saxla işarəsinə” qəsdən tabe olmamış, həmin yolun 266-cı km-də yaradılan süni maneə zamanı avtomobil saxlanılmış, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, daha sonra Şəxs Ağdaş rayon Polis şöbəsinə gətrilmiş, 03 avqust 2022-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul etdiyi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserində Şəxs sidik nümunələrində OPİ qrupuna aid narkotik vasitə aşkar olunmuş və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikasının 206-cı və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında izahatıda, təxminən bir müddət əvvəl narkotik vasitələrdən istifadə etdiyini, bundan sonra 03 avqust 2022-ci il tarixdə ehtibarnamə olmadan idarə etdiyi **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonuna getmək istədiyini, Bakı-Qazax avtomobil yolunun 286-cı km-də, Yevlax postuna çatan zaman Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın Vİİİ Tağımının əməkdaşlarının onun idarə etdiyi avtomobilə “Saxla işarəsini” verdiklərini, ehtibarnaməsi olmadığı avtomobili saxlamadığını, YPX-nin əməkdaşları tərəfindən həmin yolun 266-cı km-də yaradılan süni maneə zamanı avtomobil saxlanıldığını, burada da polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını, daha sonra polis əməkdaşları onu Ağdaş rayon Polis şöbəsinə gətirdiklərini, qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul etdiyi üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinə apardıqlarını, sidikində OPİ təyini olunan zaman onda OPİ qrupuna aid narkotik vasitə aşkar olunduğunu və həmin maddənin təsiri altında olduğu müəyyən edildiyini, əməlindən peşman olduğunu, buna görə də onun barəsində yüngül cəza verilməsini məhkəmə xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİnin YPXA-nın Vİİİ Tağımının inspektoru X5 məhkəmə iclasında Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 izahatına uyğun izahat vermişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 04 avqust 2022-ci il tarixli 1324/2022 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs OPİ qrupuna aid narkotik vasitə aşkar olunmuş və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutuma haqqında 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 03 avqust 2022-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol verməsi özünün, şahid ifadələri və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, əməlində məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran hallların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, həmin məcəllənin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələri ilə təqsirli bilinib, 206-ci maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 03 avqust 2022-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-402/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-402/2022
04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver