Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-402/2025 22.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Osmanlı Elvin Rauf oğlunun katibliyi, Ağdaş rayon Prokurorunun köməkçisi İ dərəcəli hüquqşunas X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azerbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ağdaş rayon Prokurorluğundan daxil olmuş Şəxs barəsində “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara əsasən fiziki şəxs Şəxs "Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələblərini pozaraq xx.xx.2025-ci il tarixdə təlim toplanışına cəlb edilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq çağırış üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinə üzrlü səbəblər olmadan gəlməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətani törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Ağdaş rayon prokurorunun kömakçisi, l dərəcəli hüquqşunas X2 inzibati xata haqqında iş üzrə icraatın başlanması barədə qərarın məzmununa uyğun izahat verərək bildirdi ki, fiziki şəxs Şəxs "Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələblərini pozaraq xx.xx.2025-ci il tarixdə təlim toplanışına cəlb edilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq çağırış üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinə üzrlü səbəblər olmadan gəlməmişdir. Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılmışdır. Əgər işə bərpa edilərsə o, çağırışa gedər. Onun ailə vəziyyəti ağırdır, himayəsində xəstə anası və azyaşlı uşaqları var, kreditləi var, həmin krediti ödəməyə evində heç kim yodur. Bu səbəbdən təlimlərdə iştirak edə bilməmişdir. İş matrellarında olan Ağdaş rayon Prokuroru tərəfindən xx.xx.2025- ci il tarixli 25-1- 2-2-402-0002-2 qeydiyyatlı “İnzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Şəxs (FİN: xxxxxxx, xx.xx.1991-ci il tarixdə ünvan 2 ünvanda faktiki yaşayan) barəsində Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. İş matrellarında olan Ağdaş rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov tərəfindan Ağdaş rayon X3 ünvanlanan məktubdan görünür ki, SHXÇDX-nin Ağdaş rayon şöbəsi tərəfindən iyun 2025-ci tarixində təlim toplanışına cəlb edilməsi məqsədi ilə, ünvan 5 ünvanında qeydiyyatda olan 1991-ci il təvəllüdlü ehtiyatda olan baş leytenant Şəxs müxtəlif bəhanələr gətirərək təlimdə iştirak etməkdən əsassız olaraq imtina etmişdir. ünvan 5 ünvanında qeydiyyatda olan 1991-ci il təvəllüdlü ehtiyatda olan baş leytenant Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş matrellarında olan Şəxs tərəfindən Ağdaş rayon SHXÇDX-nin rəisinə ünvanladığı 23 may 2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə SHXÇDX-nin Ağdaş rayon şöbəsinin rəis müavini kapitan Ceyhun Cavadovun qəbulunda olmuş, ona iyun 2025-ci tarixdə təlim toplanışlarına cəlb ediləcəyi barədə məlumat verilmiş, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi izah edilmişdir. Lakin o, DSX-də xidmətə xidmətə uyğunsuzluğa görə qəsdən şər atma ilə ehtiyata buraxılmışdır. Müharibə şəraiti olarsa ehtiyatda olan bir zabit kimi dövlətini və xalqını qorumağa özünə bir borc bilir. Ailə vəziyyətinin ağır olması, maddi imkanlarının zəyif olması səbəbindən təlim toplanışlarından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər elementlerini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci Maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilen tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi haflarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci Maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan amal (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci Maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara amal edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xata törədilməsinin qarşısını almaq məqsədi daşyır. 31.2-ci Maddəsinə əsasən fiziki va ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habele məsuliyyəti yüngülləşdirən ve ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci Maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xatanın törədilməsinə görə müəyyan edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci Maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün halli üçün əhərmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vəsitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci Maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün həflarının məcmusunun hərtərəfli, tam və obyektiv süratdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 606.3-cü Maddəsinə əsasən Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604cü maddəsində nəzərda tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hərflərdə həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədər çağırış üzrə müvafiq icra hakimiyyati orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadak məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadak ictimai işlər tətbiq olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla bele nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, inzibati xəta haqqında iş materialında olan sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 606.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 606.3-cü maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzarə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə inzibati tənbeh tedbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Mecəlləsinin 40 43, 48-51, 114 128-130-cu maddələrini rəhber tutaraq Q8RARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-402/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-402/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver