Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-404/2020 23.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi polis polkovniki X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2020-ci il tarixdə Güvəkənd kəndində yaşadıqları evdə şəxsi münasibətlər zəmnində dava-dalaş zamanı baldızı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur.Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayonu Güvəkənd kənd sakini Şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək müraciət edərək xx.xx.2020-ci il tarixdə baldızı Bayramova Konül tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Güvəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs RPŞnə ərizə ilə müraciət edərək xx.xx.2020-ci tarixdə gəlinləri Əsmərin onunla dava-dalaş edərək əl və sağ sifət nahiyəsinə xəsarət yetirməsini bildirmişdir. Həmçinin Şəxs da həmin tarixdə RPŞ-nəərizə ilə müraciət edərək xx.xx.2020-ci tarixdə baldızı Künülün sol qol nahiyyəsinə və xx.xx.2020-ci il tarixdə sağ ayaq nahiyyəsindən və sol qol nahiyyəsindən vuraraq onu döydüyünü bildirmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis polkovniki X5 izah etdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Güvəkənd kəndində yaşadıqları evdəşəxsi münasibətlər zəmnində dava-dalaş zamanı baldızı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur.Şəxs haqqında Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs onun baldzı olduğunu, onunla heç bir ədavət və düşmənçiliyi olmadığını, dəfələrlə mübahisə və dava-dalaşlarının olduğunu, xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində baldızı Zərərçəkmiş şəxs yaşadıqları evin balkonunda onunla mübahisə edərək “sənə görə məhkəmə məni 300 manat cərimə etdi” dediyini, Könülə bildirdim “onsuzda mənidə məhkəmə 300 manat cəriməni sənə görə elədi” dediyini, həmin vaxt aralarında mübahisələrinin, sonra isə dava-dalaşlarının yarandığını, Könülləəlbəyaxa olan zaman Könülün əlləri ilə onu sağ qol nahiyyələrindən vuraraq qolunu göyərtdiyini, xx.xx.2020-ci il tarixdə təxminən saat 14:00 radələrində Könülün yenədə yaşadıqları evə gələrək onunla mübahisə edərək aralarında yaşadıqları evin mətbəxində dava-dalaşlarının olduğunu, yenədəəlbəyaxa olan zaman Könülün dırnaqları ilə sol qoluna xəsarət yetirdikdən sonra mətbəxdə olan oxlavanı götürərək sağ ayaq nahiyyəsinə bir dəfə vuraraq onu döydüyünü, xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində baldızı Könülün əlləri ilə yaşadıqları evin balkonunda sağ qol nahiyyəsindən bir neçə dəfə vuraraq döydüyünü, xx.xx.2020-ci il tarixdə isə təxminən saat 14:00 radələrində yaşadıqları evin mətbəxində sol qol nahiyyələrindən dırnağı ilə sonra isə oxlava ilə sağ ayaq nahiyyəsindən bir dəfə vuraraq onu döydüyünü, onunla baldızı Könül arasında olan dava-dalaş zamanı orada qaynanası Fatma Bayramovadan başqa heç kimin olmadığını, səslərinə heç kimin gəlmədiyini, xx.xx.2020-ci il tarixdə dava-dalaşın təxminən 2-3 dəqiqə, xx.xx.2020-ci il tarixdə isə dava-dalaşın təxminən 4-5 dəqiqə davam etdiyini, Könülü qəsdən döymədiyini, xx.xx.2020-ci il tarixdə onunla baldızı Könül arasında olan dava-dalaş zamanı olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmişşəxs Zərərçəkmiş şəxs izahatında, Şəxs gəlinləri olduğunu, onunla heç bir ədavət və düşmənçiliyi olmadığını, dəfələrlə mübahisə və davadalaşlarının olduğunu, xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrindəŞəxs anasının yaşadığı evə onun gəlib-getməməyini istəmədiyindən mübahisələr yaratdığından aralarında dava-dalaş baş verdiyini, dava dalaş zamanı onunla Əsmərin əlbəyaxa olduqlarını, Əsmərləəlbəyaxa olan zaman Əsmərin əli ilə onun sağ sifət nahiyəsinə xəsarət yetirdiyini, əlbəyaxa olan zaman yenə dəƏsmərin dırnağı ilə sol əlinə xəsarət yetirdiyini, xx.xx.2020-ci il tarixdə isə onunla Əsmər arasında heç bir dava-dalaş olmadığını, Əsmərin bədəninə heç bir xəsarət yetirmədiyini, Əsmərin onu şərlədiyini, onunla Əsmər arasında xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində davadalaş baş verdiyini, həmin vaxt biri-biriləri iləəlbəyaxa olduqlarını, Əsmərə heç bir xəsarət yetirmədiyini, əksinəƏsmərin onun sağ sifət və sol əl nahiyələrinə xəsarətlər yetirdiyini, xx.xx.2020-ci il tarixdə isə onunla Əsmər arasında heç bir dava-dalaş baş vermədiyini, onunla Əsmər arasında olan xx.xx.2020-ci il tarixdə dava-dalaş zamanı orada anasıFatma Bayramovadan başqa heç kimin olmadığını, səslərinə heç kimin gəlmədiyini, xx.xx.2020-ci il tarixdədə yenədə anası Fatma Bayramovanın olduğunu, lakin dava dalaş olmadığını bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ŞəxsAzərbaycan RespublikasıİXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3, Ağdaş MTE və PA şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 517 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ göz altı nahiyənin, sağəlin İİİ barmağının darq falnqa oynağı nahiyəsinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. MəhkəməŞəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladırıcı hallarının olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxstəqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1993-cü il tarixdə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Güvəkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-404/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-404/2020
23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver