Məhkəmə qərarları › İş №3(014)-405/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-405/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-405/2023 05.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X10 İstismar İdarəsinin Ağdaş Xidmət sahəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1963-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə X10 İstismar İdarəsinin balansında olan 65 metr uzunluğunda olan qaz borularının ünvan 1ində öz həyətinə oğurlayıb gətirmiş, X10 İstismar İdarəsinə 97.50 manat məbləğində ziyan vurmuşdur. Ağdaş rayon Polis şöbəsinin təhqiqatçısı X1 04 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Ağdaş rayonu Qolqəti kəndində yerləşən yaşadığı evin həyətinin qarşısından təxminən 3 ay bundan əvvəl köhnə qaz boruları yenisi ilə əvəz olunmuş, yeni boruları çəkildikdən sonra köhnə torpağın altı ilə gedən qaz boruları çıxarılıb, qaz idarəsinin işçiləri tərəfindən kəsilib qaz istismar idarəsinə aparılmışdır. Həmin qaz borularını təxminən 15 il bundan əvvəl mərhum atası Sabirin öz şəxsi vəsaiti hesabına çəkdirmişdir. Qaz idarəsinin işçilərinin həmin d20mm-lik, d25mm-li və d32mm-lik boruları 2,5 metrlik formada 10 hissəyə kəsib aparan zaman həmin boruları onlara verməmiş, həmin boruları atasının öz vəsaiti hesabına çəkdirməsini söyləmişdir. Bir müddət sonra yəni, xx.xx.2023-cü il tarixdə qaz idarəsinin işçiləri yenidən gələrək boruların istismarı dayandığı üçün həmin boruları aparacaqlarını söyləmişlər, lakin qaz idarəsinin işçilərinə həmin boruları öz imkanları ilə çəkdirdiyini yenidən bildirmiş, aparmamalarını demişdir. Bundan sonra kəsilmiş ümumi uzunluğu 65 metr olan boruların hamısını yaşadığı evin həyətinə yığmışdır. Boruları 15 il bundan əvvəl aldığı üçün haradan aldığını xatırlamır. xx.xx.2023-cü ıl tarixdə yaşadığı evin qarşısından keçən qaz borularını mərhum atası öz maddi hesabına çəkdirmiş və istismar müddəti başa çatdığından qaz idarəsinin işçiləri tərəfindən kəsildiyi üçün öz yaşadığı evin həyətinə yığmış, həmin boruları özü kəsməmiş, boruları Qaz istismar İdarəsinin işçiləri kəsmişdir. Hazırda zərəri ödəmişdir. Buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 İstismar İdarəsinin Ağdaş Xidmət sahəsinin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2012-ci ildən X10 istismar idarəsinin Ağdaş xidmət sahəsində təmir bərpa xidmətinin böyük mühəndisi vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə X11 İstismar idarəsinin Ağdaş xidmət sahəsindən Ağdaş rayon Polis Şöbəsinə müraciəti daxil olmuşdur. 2023-cü ilin iyun ayı ərzində Ağdaş rayonu Qolqəti kənd ərazisindən keçən qaz borularının istifadə müddətləri başa çatdığından yenisi ilə əvəz olunmuş, yeni qaz boruları çəkildikdən sonra köhnə borular akt əsasında Ağdaş rayonu qaz istismar idarəsinin anbarına təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə qaz borularının ünvan 1 sakini X2 yaşadığı evin qarşısından keçən hissəsi X5 tərəfindən 06 hissəyə kəsilərək götürülmüşdür. Ağdaş Qİİ-nın əməkdaşları dəfələrlə bu barədə X4 xəbərdarlıq etmişlər. O, xəbərdarlıqlara məhəl qoymamış, buna görə də, rəsmi qaydada Ağdaş rayon Polis Şöbəsinə bu barədə məlumat verilmiş, həmin boruların ümumi uzunluğu 65 metr, d20mm-lik, d25mm-lik və d32mm-lik demontaj boruları idi, borular akt əsasında anbara təhvil verilməli idi. 22 06.2023-cü il tarixdə X2 yaşadığı evin qarşısından keçən, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsinin balansında olan və 65 metr uzunluğundakı boruları Ağdaş rayon Qolqətı kənd sakini Şəxs hər hansı xəbərdarlıq etmədən öz həyətinə yığmış, şikayət və tələbləri həmin boruların Şəxs alınıb Ağdaş RQİİnin balansına verilməsi idi. Hazırda Şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbləri yoxdur. X10 İstismar İdarəsinə dəymiş ziyan ödənilmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə X10 İstismar İdarəsinin balansında olan 65 metr uzunluğunda olan qaz borularının ünvan 1ində öz həyətinə oğurlayıb gətirmiş, X10 İstismar İdarəsinə 97,50 manat məbləğində ziyan vurmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə ictimai işlər və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərər tamamilə ödənilmişdir və zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödədiyindən, inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar