Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-406/2020 28.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində yaşadıqları evə gedərək keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərək sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və 667 manat pulunu götürüb getmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis mayoru X7 izah etdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində yaşadıqları evə gedərək keçmiş həyat yoldaşı Axundzadəİranə Feyruz qızına bıçaqla xəsarət yetirərək sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və 667 manat pulunu götürüb getmişdir. Ağdaş RPŞ-nin İQ-nun müstəntiqi, polis kapitanı X1 xx xxxxxxxx 2020-ci il tarixli HK-1/923,926 və 993 saylı qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi ev 36-da yaşayan Axundzadəİranə Feyruz qızıərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək keçmiş həyat yoldaşı Şəxs içkili vəziyyətdə onun yaşadığı evin aynasını qıraraq, bıçaqla qoluna xəsarət yetirməsini bildirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, 2006-cı il tarixdə ailə qurduqlarını, sonra isə boşandıqlarını, lakin İranənin onun ata evinin həyətində ev tikdirib orada yaşadığını, İranənin daima onunla münaqişə yaratdığını, ondan bilərəkdən şər və böhtan xarakterli şikayət etdiyini, İranənin onun həbs olunmasını istədiyini, çünki İranənin başqa bir kişi ilə qeyri-rəsmi ər-arvad kimi yaşadığını, İranənin həmin kişinin evə rahat gəlib getməsini, onlara maneçilik törətməməyini istədiyini, buna görə də daima ondan əsassız şikayət etdiyini, İranənin izahatında xx.xx.2020-ci il tarixdə saat 11 radələrində onu bıçaqla əlindən vurması, həmçinin pəncərənin qırıq şüşəsini götürüb oğlu Ayazın ayağına vuraraq xəsarət yetirməsi barədə İranənin dediklərinin yalan olduğunu, İranəni və oğlu Ayazı vurmadığını, İranə izahatında onun 667 manat pulunu götürməsini bildirməsi barədəİranənin yalan danışdığını, həmin günü Yevlax şəhərində olduğunu, evdə olmadığını, İranənin şər və böhtanlara görə evə getmədiyini, qonşuluqda yaşayan Rasimənin DİN-nin 102 xidmətinə müraciət edərək onun evdə münaqişə yaratdığını bildirməsi barədə Rasimənin yalan danışdığını həmin gün evdə olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına təyin edilmiş müdafiəçidən imtina etmişdir. Məhkəmə iclasında zərər çəkmişşəxs X8 izahatında Şəxs ilə ailə qurduğunu, birgə nikahdan 2 övladlarının olduğunu, sonra boşandıqlarını, ancaq eyni həyətdə ayrı-ayrı evlərdə yaşadıqlarını, Arazın daima spirtli içki qəbul edib münaqişə yaratdığını, xx.xx.2020-ci il tarixdə Arazın onu bıçaqla vurub xəsarət yetirdiyini, daha sonra xx.xx.2020-ci il tarixdə günorta radələrində Arazın ondan 3 manat pul aldığını, sonra isə oğlu Ayaza ona 5 manat pul verməsini dediyini, pulu olmadığını dediyini, həmin gün axşam saat təxminən 11 radələrində evdə olan zaman oğlu Ayazın həyətdən səs gəldiyini dediyini, Ayaza atası olmasını, boş verməsini dediyini, daha sonra Ayazın atasının pilləkənlə yuxarı qalxdığını dediyini, Ayazın da gedib qapını arxadan bağladığını, sonra özü gəldiyini, Araza “öl daa” dediyini, sonra Arazın çevrilib evin qabaq pəncərəsinə çıxdığını, pəncərənin setkasını bıçaqla kəsməyə başladığını, özünü saxlaya bilməyib yerə düşdüyünü, sonra gəlib pilləkənlərin yanındakı pəncərəyə çıxdığını, bıçaqla setkanı kəsməyə başladığını, qışqırmağa başladıqlarını, pəncərəni bağladığını, Araz da yumruğu ilə pəncərəni sındırdığını, belindən mətbəx bıçağı çıxardıb evə daxil olmaq istədiyini, onu geri itələdiyini, Arazın ona bıçağı uzatdığını, bıçağı əli ilə geri itələdiyini, bu zaman bıçağın onun qollarına dəyib xəsarət yetirdiyini, oğlu Ayazın da köynəyini çıxardıb Arazı evə daxil olmaması üçün vurduğunu, Arazın da buna görə şüşənin qırıntısını Ayaza atdığını, şüşə qırıntısının onun ayağına dəyib xəsarət yetirdiyini, səsə qonşular Gülşəndə və Faiqin gəldiklərini, onlar qapını açmağı dediklərini, Arazın gedib qapını açdığını, Arazın onlara onun barəsində şikayət etməyini dediyini, həmin gün günorta radələrində icra şöbəsinə gedərək aliment tələb etdiyini, buna görə gəlib ondan heyif çıxdığını, sonra Arazın çıxıb getdiyini, Gülşəndə də onu və uşaqlarını öz evinə apardığını, orada olan zaman Arazın saat təxminən 03 radələrində evə gəldiyini, Gülşəndəgilin evindən öz evinin tam göründüyünü, Arazın gəlib onun alt geyim paltarını hamamdan götürüb isladıb evinə keçdiyini və orada olan qanları yumağa başladığını, sonra isə evindən çıxandan sonra pilləkənlərdə əlində onun sənəd olan kisəsini götürüb, həmçinin də əl çantasından ümumilikdə 667 manat pulunu götürdüyünü bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs inzibati törətməməsi ilə bağlı izahatına tənqidi yanaşaraq onu özünümüdafiə xarakteri kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları, izahatlar, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qırar və ekspetiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2, Ağdaş MTE və PA şöbəsinin xx.xx.2020-ci il tarixli 490 saylı rəydən görünür ki, X4 bədənində olan xəsarətlər- sol əlin ovuc səthinin səthi yaraları, sol saidin orta 1/3-nin iç səthinin sıyrığı, deşici-kəsici alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında AğdaşRPŞ-nin İQ-nun müstəntiqi, polis kapitanı X6 xx xxxxxxxx 2020-ci il tarixli qərarından da görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Ağdaş rayonu Ləki qəsəbəsində yaşadığı evdəŞəxs ilə Ağdaş rayonu Ləki qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, davadalaş zamanı Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da Şəxs əməli Az.Res.İXM-nin 157-ci maddəsinin tərkibinə səbəb olmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini, xarakterini və işin hallarını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında ən ağır tənbeh kimi iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, əvvəllər zərərçəkmişlə aralarında dəfələrlə ailə münaqişəsi olmasını, işin faktiki hallarını vəəməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx.xx.1982-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu Ləki qəsəbəsində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan xx.xx.2020-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti X10 təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-406/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-406/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver