Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-407/2023 07.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi hakimi Sultanov Cavid Rizvan oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından dəfələrlə aidiyyəti üzrə Baş Dövlət Yol Polisi idarəsinə, həmçinin məhkəməyə müraciət etmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin cavabı növbətçi sözlərdən ibarət olsa da, həmin protokol üzrə verilmiş müxtəlif tarixli və nömrəli qərarlar qanunsuz şəkildə və iştirakı olmadan qəbul edildiyinə görə xx.xx.2022-ci il tarixli 3(014)-152/2022 nömrəli Ağdaş Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli 3(006)-3252/2022 saylı Nəsimi Rayon Məhkəməsinin, xx.xx.2023-cü il tarixli 3(014)-2/2023 nömrəli Ağdaş Rayon Məhkəməsinin, 3(014)-186/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Ağdaş Rayon Məhkəməsinin qərarı ilə ləğv edilərək təkrar baxışa göndərilmişdir. Ancaq inzibati tənbeh vermə haqqında qərarın icra müddəti, yəni 1 il keçməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixdə yazılan protokol üzrə xx.xx.2023 tarixdə aidiyyəti orqan yeni qərar qəbul etmiş, həmçinin işə baxılması yeri və zamanı yenidən ona bildirilməmişdir. Ona görə də hesab edir ki, onun hüquqları məhdudlaşdırılmış və prosessual müddətlər ötürülərək qərar qəbul edilmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərar şikayətə əlavə edilmədiyindən və işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılması qeyri-mümkün olduğuna görə şikayət geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-407/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-407/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver