Məhkəmə qərarları › İş №3(014)-410/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-410/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-410/2020 28.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimovun iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş icra sənədinin icrası ilə bağlı Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimovun qanuni tələblərini yerinə yetirməmiş, xx xxxxx 2015-ci il tarixdə anadan olmuş Musayev Ömər Rəvan oğlu və xx xxxx 2017-ci ildə anadan olmuş X1 üçün Zərərçəkmiş şəxs olan 1030 manat aliment borcunu ödəməmişdir. Buna görə onun barəsində xx xxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında aliment borcundan 300 manat ödədiyini, bir həftədən sonra borc üzrə 400 manat ödəyəcəyini, aliment borcunun ödənilməsi üçün isə əlavə 30-50 manat olmaqla ödəyəcəyini öhdəsinə götürərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar Musayeva (Həsənova) Aytac Əlabbas qızı məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə razılığa gəldiyini, Şəxs borc üzrə ödənişlər etdiyini,yaxın vaxtda 400 manat ödəyəcəyini öhdəsinə götürdüyünü bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimov məhkəmə iclasında Şəxs aliment borcundan 300 manat ödədiyini, bir həftədən sonra qalan borcdan 400 manat, yerdə qalan borc məbləğini isə aliment üzrə hər ay 200 manat alimenti, aliment borcunun ödənilməsi üçün isə əlavə 30-50 manat ödəyəcəyini öhdəsinə götürdüyünü bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimovu dinləyib,iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında haqqında işin icraatına xitam verilməlidir. İşdə olan tələbkar Musayeva(Həsənova) Aytac Əlabbas qızının xx xxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Şəxs aliment borcundan 300 manat ödədiyini, bir həftədən sonra qalan borcdan 400 manat,yerdə qalan borc məbləğini isə aliment üzrə hər ay 200 manat alimenti, aliment borcunun ödənilməsi üçün isə əlavə 30-50 manat ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanun qarşısında bərabərlik, təqsirzilik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanını (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tuutlan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, icra məmuru Şəxs xx xxxxx 2015-ci il tarixdə anadan olmuş Musayev Ömər Rəvan oğlu və xx xxxx 2017-ci ildə anadan olmuş X1 üçün Zərərçəkmiş şəxs xeyrinə hər ay 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması barədə Ağdaş Rayon Məhkəməsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş icra sənədi üzrə tələbin ödənilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edərək lazımi hərəkətləri etmiş, lakin borclu Şəxs maddi vəziyyəti imkan vermədiyi, yəni adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilmədiyi, işləmədiyi, hər hansı bir gəlir yeri, qazanc mənbəyi olmadığı üçün icra sənədinin icra edilməsi mümkün olmamış, yəni müəyyən olunmuş aliment və aliment borcu üzrə 1030 manat borcu yaranmışdır, icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilən gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə 100 manat,daha öncədən isə 200 manat olmaqla,cəmi 300 manat, xx xxxxxxx 2020-ci il tarixə qədər borcundan bir həftə ərzində 400 manat ödəyəcəyinə daha sonra isə borcunu hər ay müvafiq məbləğ olmaqla ödəməyə söz vermişdir. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar