Məhkəmə qərarları › İş №3(014)-412/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-412/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-412/2020 28.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Ağdaş rayon, Aşağı Zeynəddin kəndində yerləşən bağ sahəsindən xurma meyvələrini oğurlamışdır. Faktla bağlı Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək Rəsul adlı şəxs və tanımadığı başqa bir şəxsin xx.xx.2020-ci il tarixdə ona məxsus xurma bağından bir neçə karton qutuya xurma meyvəsini yığmalarını, lakin apara bilməmələrini, həmin şəxslərin onun bağından əvvəllər də oğurluq etmələrini güman etməyini bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış xx.xx.2020-ci il tarixli HK-1-1228 saylı materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis baş leytenantı X6 izah etdi ki, Şəxs Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən bağ sahəsindən xurma meyvələri oğurlamışdır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Zərərçəkmiş şəxs məxsus bağ sahəsindən xurma meyvələrini oğurlamış və əməlindən səmimi olaraq peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmişşəxsin ondan heç bir şikayət və tələbinin olmamasının və dəymiş ziyanı tam olaraq ödəməsini nəzərə alaraq işüzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmişşəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, Şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Zərərçəkmiş şəxs və Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 izahatlarını dinləyərək, iş matereallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232.1 və 351.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar