Məhkəmə qərarları › İş №3(014)-413/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-413/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-413/2021 12.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1987-ci ildə Ağdaş rayonunun Mürsəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 10.09.2021-ci il tarixdə, saat 13:00 radələrində Ağdaş rayonunun Dəhnəxəlil kəndində şəxsi münasibətlər zəmnində bacısı X4 döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X5 29 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 12.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Süsanə Cavadova onun doğma bacısıdır. 10.09.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində X12nın yaşadığı Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən evə qonaq getmişdir. Həmin vaxt X13da bacısıgildə olmuşdur. X12 yaşadığı evdə onlarla birlikdə yemək yedikdən sonra X13dan onunla birlikdə yaşadığı Ağdaş rayonu Mürsəl kəndində yerləşən evə getməsini tələb etmişdir. Lakin X13 onunla birlikdə getməkdən imtina etmiş və ona arvadını boşadıqdan sonra evə qayıdacağını söyləmişdir. Buna görə də X13 ilə aralarında mübahisə baş vermiş, bu zaman yaxınlıqda olan X12 onları aralaşdırmaq üçün ona yaxınlaşmışdır. Həmin vaxt bir dəfə şillə ilə X12nın sifət nahiyəsindən vurmuşdur. Daha sonra oradan çıxaraq yaşadığı Ağdaş rayonu Mürsəl kəndində yerləşən evinə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxsn onun doğma qardaşıdır. 10.09.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində qardaşı Şəxs onun yaşadığı evə qonaq gəlmişdir. Onlarla birlikdə yemək yemişdir. Yemək yedikdən sonra qardaşı Şəxs X13ya onunla birlikdə yaşadığı Ağdaş rayonu Mürsəl kəndində yerləşən evinə getməyini söyləmişdir. X13 buna etiraz etməsindən sonra onların arasında mübahisə yaranmış və həmin vaxt anası və qardaşını sakitləşdirmək üçün onların arasına keçmişdir. Qardaşı Şəxs onunla mübahisə etməyə başlamış, mübahisə zamanı yaxınlıqdan ağac parçası götürərək onun sağ qolundan bir neçə dəfə vurmuşdur. Daha sonra stolun üzərində olan şüşə butulkanı götürərək ona atmış, butulka yaxınlıqda olan dəmir turbaya dəyərək sınmış və şüşə qırıntılarından biri onun sol gözünün üstünə dəyərək xəsarət yetirmidir. Bundan sonra qardaşı Şəxs onun yaşadığı evdən çıxıb getmiş, dava-dalaş təxminən 4-5 dəqiqə davam etmiş, dava-dalaş zamanı orada əri Zərərçəkmiş şəxs və X13 olmuşdur. Sonradan isə heç kim gəlməmişdir. Qardşı Şəxs onun başqa heç bir nahiyəsindən vurmamış və xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 10.09.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində yaşadığı evdə olan zaman Şəxs onun yaşadığı evə gəlmişdir. Onlarla yemək yemiş, daha sonra X13ya onunla birlikdə yaşadıqları evə getməsini söyləmişdir. X13 Şəxsla razılaşmadığı üçün onların arasında mübahisə yaranmışdır. Bu zaman arvadı Süsanə Cavadova onları sakitləşdirmək istədikdə Şəxs onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Şəxs Süsanə Cavadovanı yumruqla bir neçə dəfə vurmuşdur. Daha sonra yaxınlıqdan ağac parçası götürərək həmin ağac parçası ilə yenə də Süsanə Cavadovanı vurmuşdur. Bundan sonra Şəxs onun yaşadığı evdən çıxıb getmişdir. Dava-dalaş təxminən 4-5 dəqiqə davam etmişdir. Davadalaş zamanı orada arvadı Süsanə Cavadova, qayınX13 və Şəxs olmuşdur. Həmin vaxt Şəxsla mübahisə və ya dava-dalaş etməmişdir. Məhkəmə iclasında şahid X7 izahatında bildirdi ki, Süsanə Cavadova onun qızı, Şəxs isə onun oğludur. 10.09.2021-ci il tarixdə Ağdaş rayonunun Dəhnəxəlil kəndində yaşayan qızı Süsanə Cvadovanın yaşadığı evdə olan zaman oğlu Şəxs ora qonaq gəlmişdir. Onlarla birlikdə yemək yedikdən sonra oğlu Şəxs ona onunla birlikdə yaşadıqları evə getməsini təklif etmişdir. Bu zaman oğluna onunla birlikdə yaşaya bilməyəcəyini, aralrında yenidən söz-söhbət olacağını və onunla birlikdə getməyəcəyini söyləmişdir. Buna görə də oğlu ilə aralarında mübahisə yaranmışdır. Bunu görən qızı Süsanə Cavadova onları sakitləşdirmək istəmişdir. Lakin oğlu Şəxs Süsanə Cavadova ilə mübahisə etməyə başlamış, mübahisə zamanı Şəxs Süsanə Cavadovanı yerdən götürdüyü ağac parçası ilə döymüşdür. Daha sonra isə oradan uzaqlaşaraq getmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X15 izahatında bildirdi ki, Şəxs 10.09.2021-ci il tarixdə, saat 13:00 radələrində Ağdaş rayonunun Dəhnəxəlil kəndində şəxsi münasibətlər zəminində bacısı X4 döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan sonra X1 İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə məlumat vermiş, hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 12.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin və şahidlərin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X9 02 oktyabr 2021ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 12 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 02 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 12.10.2021-ci il tarixindən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar