Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-413/2023 10.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yaşayan Şəxs yaşadığı evin həyətyanı sahəsinə xx.xx.2023-cü il tarixdə saat 11.14-də baxış keçirilmiş, baxış zamanı Şəxs həyətyanı sahəsindən 01 ədəd yerə əkilmiş və uzunluğu 173 sm olan narkotik tərkibli bitkiyə bənzər bitki aşkar edilmiş və X11 Sertifikatlaşdırma Laboratoriyasının baş aqronomu X7 rəy verərək bitkiyə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Aşkar olunmuş bitki qablaşdırılaraq götürülmüşdür. Ağdaş RPŞ-nin TB-nin təhqıqatçısı, polis leytenantı X3 tərəfindən 07 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, əvvəllər məhkum olmamış və heç bir yerdə işləmir. Evin həyətinin ön tərəfində bağ sahəsi var, həmin bağ sahəsində müxtəlif meyvə ağacları və güllər var. Təxminən 2023-cu ilin mart ayının əvvəllərində Ağdaş şəhərində Məşəd küçəsində, qəbirstanlığın yanı ilə gedərkən dəqiq xatırlamadığı yerdə toxum tapmış, daha sonra həmin toxumu evə gətirmiş, gətirdikdən sonra həmin toxumu yaşadığı evin həyətində əkmişdir. Həmin toxumun narkotik tərkibli çətənə bitikisi toxumu olduğunu bilmirdi. Həmin toxuma qulluq etmiş, çətənə kolunun böyüməsi üçün ona yetərincə qulluq etmişdir. Əkdiyi çətənə toxumu evinin önündəki sahədə idi. Yaşadığı evin önündə yerləşən əkin sahəsinə 01 ədəd narkotik tərkibli çətənə toxumu əkmiş, xx.xx.2023cü il tarixdə saat təxminən 11:05 radələrində yaşadığı evin həyətində olarkən Ağdaş RPŞnin əməkdaşları yaşadığı ünvana gəlmişlər və ona yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğunu, ona görə də, yaşadığı evin həyətinə baxış keçirəcəklərini bildirmişlər. Onlara razılığını bildirmiş və onları həyətinə dəvət etmişdir. Polis əməkdaşlarına yaşadığı evin həyətində evinin ön tərəfindəki bağ sahəsində narkotik tərkibli çətənə kolu əkdiyini bildirirək həmin çətənə kolunu onlara göstərmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom həmin bitkiyə baxış keçirib rəy bildirdikdən sonra polis əməkdaşları həmin çətənə bitkisini kökündən çıxardılar, sonra həmin çətənə kolunun hündürlüyü ölçüldü və hündürlüyü 173 sm oldu. Sonra həmin çətənə kolu torbaya qablaşdırıldı, üzərinə möhür vuruldu. Bundan başqa yaşadığı evin həyətindən heç bir şey aşkar olunmadı. Baxış başa çatdı. Hərdən narkotik tərkibli maddələrdən, yəni marixuanadan istifadə edir. Həmin çətənə kolunu da özü üçün əkmişdir. Məhsul vaxtı götürüb qurudub özü istifadə edəcəkdi, əkinə özü nəzarət edirdi və heç kimin xəbəri yox idi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki ünvan 2 ünvanında Şəxs yaşadığı evin həyətyanı sahəsindən çətənə bitkisi aşkar edilmiş və həmin çətənə bitkisinə Şəxs tərəfindən aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 tərəfindən 07 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna görə də hadisə araşdırılaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 27 iyun 2023-cü il tarixli, 17/509 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şəxs həyətyanı sahəsindən aşkar olunmuş 01 ədəd narkotik tərkibli bitkiyə bənzər bitki kolu..” yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki, 01 (bir) ədəd, uzunluğu 173 sm, yaş vəziyyətdə təmiz çəkisi - 510,0 qram olan bitki nümünəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. X8 27 iyun 2023-cü il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. İş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 01 (bir) ədəd, uzunluğu 173 sm, yaş vəziyyətdə təmiz çəkisi - 510,0 qram narkotik tərkibli çətənə bitkisi məhv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Hazırkı iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 01 (bir) ədəd, uzunluğu 173 sm, yaş vəziyyətdə təmiz çəkisi - 510,0 qram narkotik tərkibli çətənə bitkisi məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-413/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-413/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver