Məhkəmə qərarları › İş №3(014)-414/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-414/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-414/2021 13.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxann oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs və zərərçəkmiş http://cms.justice.loc/Common/Content.aspx?Id=4625868Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş şəhəri X1 küçəsi 101 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Ağdaş rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 13 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 13 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs 05 iyun 2021-ci il tarixdə Ağdaş şəhəri X1 küçəsində yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs məxsus Lada Qranta markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili dəmir parçası ilə şüşələrini sındırmış və dəmir hissələrini əzməklə zərərçəkmiş şəxsin əmlakını qəsdən məhv etməklə, zədələmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, 05 iyun 2021-ci il tarixdə oğlu Orxanın kiminləsə telefonda bər-bərk danışdığını görmüş, soruşanda Orxan ona “Göyçayda bir nəfər adam var onunla danışıram və mənə dedi ki, gəlirəm ora” demişdir. Bu zaman o münaqişə olmasın deyə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bir qədər keçdikdən sonra oğlu Orxanın küçəyə çıxaraq sonradan adını bildiyi Niyazi adlı şəxsin avtomobilinə əyləşdiyini görmüş, tez keçəyə çıxaraq həmin avtomobili saxlatmaq istəmişdir. Avtomobil arxa-arxaya getdiyi üçün həyət qapısının girişində olan dəmir parçası ilə həmin avtomobili saxlatmaq məqsədi ilə şüşəsinə və dəmir hissələrinə vurmuşdur. Bundan sonra avtomobilin sürücüsü maşında düşərək onun sol ayağından vurmuş və qaçaraq Bakı-Yevax-Şamaxı yolu tərəfə getmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş oğlu göstərmişdir ki, 05 iyun 2021-ci il tarixdə Ağdaş rayon sakini Orxan adlı şəxslə onun arasında telefon vasitəsi ilə münaqişə baş vermis, həmin münaqişəyə aydınlıq gətirmək üçün Ağdaş şəhərinə gəlmişdir. Bu zaman Orxan adlı şəxs ona yaxınlaşaraq əlindəki dəmir parçası ilə onun ayaq hissəsindən iki dəfə vurmuş, o Orxanı itələyərək yaxınlıqdakı yanacaq doldurma məntəqəsi tərəfə qaçmış, Orxanda onun arxasınca qaçmışdır. Bir qədər qaçdıqdan sonra arxaya baxdıqda Orxanın geri qayıtdığını və ona məxsus avtomobili sürərək getdiyini görmüşdür. Dərhal yanacaq doldurma məntəqəsinə yaxınlaşaraq oradan tanımadığı şəxsdən mobil telefon almış və DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Sonrada ona avtomobili polislər tapdıqdan sonra ona məlum olmuşdur ki, ona məxsus avtomobili Orxan sürərək evlərinə gətirmiş və orada Ətir adlı qadın şüşələrini dəmir parçası ilə sındırmış və dəmir hissəsini əzmişdir. Hazırda ona dəymiş maddi ziyan Şəxs tərəfindən tam ödənilmişdir. Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26.09.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən barəsində olan materiala xitam verilməsini xahiş edir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyində və Şəxs ilə barışdığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsində tərtib edilmiş 13.10.2021-ci il tarixli MN1176551 nömrəli inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar