Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-415/2020 02.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Şəxs qonşusu Zərərçəkmiş şəxs yaşadıqları binanın qarşısında döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 izah etdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Şəxs qonşusu Zərərçəkmiş şəxs yaşadıqları binanın qarşısında döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşadığını, əvvələr aralarında heç bir problem və narazılığın olmadığını, xx.xx.2020-ci il tarixdə günorta saatalarında küçədə gedərkən Elvinin onun oğluna nalayiq ifadələr işlətməsini gördüyünü, həmin vaxt Elvinə yaxınlaşıb ona niyə utanmadığını, 32 yaşında adamın azyaşlı uşağa belə sözlər deməsinin düzgün olmadığını dediyini, Elvinin də həmin vaxt ona yaxşı edib dediyini və ona da nalayiq ifadələr söylədiyini, Elvinə ağzının danışığını bilməsini söylədiyini, Elvinin yenə ona nalayiq ifadələr dediyini, ona görə aralarında mübahisə yarandığını, mübahisə vaxtı Elvinin onun üstünə gəldiyini, həmin vaxt əsəbləşib yumruqla Elvini vurduğunu, həmin vaxt Elvinin də onun baş nahiyəsinə yumruqla vurduğunu və onu yerə yıxdığını, bundan sonra da Elvinin yumruqla bir neçə dəfə onun bel və digər nahiyələrinə vurduğunu bildirmişdir. Həmçinin o, izahatında Elvini bir dəfə yumruqla vurduğunu, Elvinin də yumruqla bir neçə dəfə onun baş, bel və kürək nahiyələrinə vuraraq xəsarət yetirdiyini, aralarındakı mübahisənin küçədə baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığından inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izah etdi ki, Şəxs onun qonşusu olduğunu, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında küçədə qonşusu Əfqanın oğlunun velosipedini təmir etdiyini, həmin vaxt Coşqunun azyaşlı oğlunun onun azyaşlı oğlunun yanına gəldiyini və həmin vaxt onların aralarında mübahisə baş verdiyini, Coşqunun oğlu Maxsuda oradan çıxıb getməsini söylədiyini, həmin vaxt Coşqunun onun yanına gəlməsini və Coşqunun oğlunu qovduğuna görə onunla mübahisə edib yumruqla onun üzündən 1 dəfə vurduğunu, həmin vaxt Coşqunun üz nahiyəsindən 2 dəfə yumruqla vurduğunu, bundan sonra Coşqunun çıxıb getməsini bildirmişdir. Həmçinin o, izahatında aralarındakı mübahisə və dava-dalaşın yaşadıqları evin yaxınlığında küçədə baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Şəxs üz nahiyəsindən 2 dəfə yumruqla vurduğunu, Coşqunun da onun üz nahiyəsindən 1 dəfə yumruqla vuraraq ona xəsarət yetirdiyini, mübahisə və dava-dalaş zamanı orada onlardan başqa heç kim olmadığını, yaranmış səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmədən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığından inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin və Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında işüzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati iş üzrə icraat aparılan şəxs barışdıqda isə həmin işüzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-415/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-415/2020
02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver