Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-415/2023 11.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Ağdaş rayonunun Yenicə kəndi ərazisində olan çayxanada şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Elçin Mütəllimovun 19 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun qonşusudur. Onların aralarında əvvəllər heç bir dava-dalaş baş verməyib. Lakin təxminən 2 ilə yaxındır ki, aralarında narazılıq var. Buna səbəb Seyidin özünə məxsus torpaq sahəsindən onların sahəsinə yol vermək istəməməsi olmuşdur. Sonradan onlar Seyiddən yol istəmədilər. Lakin Seyidin yenə də, onlarla ədavət aparmağa davam etdi. xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 10 radələrində yaşadığı evin həyətinə keçərkən həyətdə ağac və daş qırıntıları olmasını görmüş və həmin vaxt Seyidin məhləsini təmizləyib zibillərini onun həyətinə atmasını başa düşmüşdür. O da daha sonra həmin zibilləri qaytarıb Seyidin həyətinə tökmüşdür. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 20 radələrində bir daha həyətinə gələn zaman Seyidin zibilləri yenidən həyətinə tökməsini görmüşdür. O, Seyidin bu hərəkətinə əsəbləşmiş və həmin zibilləri təkrar onun həyətinə tökmüşdür. Sonra isə həmkəndlisi Cavidin çayxanasına gedərkən Seyidin çayxanada olmasını görmüş və Seyidin onun həyətinə zibil atmasına görə onunla bu barədə danışmaq qərarına gəlmişdir. Həmin vaxt Seyidin qardaşı oğlu Səbuhi və həmkəndliləri Azər ilə çayxananın həyətində oturduğunu görmüş, o Seyidə yaxınlaşmış və ondan həyətinə zibilləri onun atıbatmamasını soruşmüşdur. Seyid də, ona zibilləri həyətinə özünün atmasını söyləmiş, o da, Seyiddən zibilləri nə üçün həyətinə atmasını soruşmuşdur. Seyid də, ona istehza ilə yaxşı edib zibilləri həyətinə tökməsini bildirmişdir. Seyidə bir neçə dəfə onunla bu tərzdə danışmamasını və onu qıcıqlandırmamasını söyləmişdir. Seyid də, ona nalayiq ifadə işlədərək “sən mənə nə edə bilərsən ki” deyə söyləmiş, buna görə də, Seyid ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Seyid bir daha ona nalayiq ifadə işlətmiş, o da, Seyidin onunla kobud danışmasına və ona nalayiq ifadə işlətməsinə əsəbləşmiş və Seyidin çənəsindən tutub sözlərinə fikir verməsini, uşağı yaşında olduğunu söyləmiş və ona bir daha nalayiq ifadə işlətməməsini bildirmişdir. Həmin vaxt həmkəndlisi Bəhruz onun qolundan tutub Seyidlə mübahisə etməməsini söyləmiş və onu kənara çəkərkən Seyid stuldan ayağa qalxmış və nalayiq ifadə işlərədək ona təpik atmışdır. Lakin Seyidin ayağı stola dəymiş və yerə yıxılmışdır. Daha sonra Bəhruz onu çayxananın həyətindən çıxartmış, o da, daha sonra yaşadığı evə getmişdir. Şəxs əlavə olaraq izahatında Zərərçəkmiş şəxs ilə aramızdakı mübahisə və dava-dalaş xx.xx.2023-ci il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı kənddə yerləşən Cavidin çayxanısının həyətində baş vermiş və təxminən bir dəqiqə davam etmişdir. Mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. O Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməmişdir, lakin Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətmişdir. Mübahisə və dava-dalaş zamanı o Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. O həmin vaxt yalnız Seyidin ona nalayiq ifadə işlətməsinə görə çənəsindən əli ilə tutmuş və Seyidə ona nalayiq ifadə işlətməməsini söyləmişdir. Lakin Zərərçəkmiş şəxs oturduğu stuldan qalxıb ona təpik vurmaq istəyərkən ayağı stola dəymiş və Seyid qabağa yerə yıxılmışdır. Ola bilsin ki, Seyid yerə yıxılan zaman xəsarət almışdır. Mübahisə və dava-dalaş zamanı orada ondan və Zərərçəkmiş şəxs başqa Səbuhi, Azər və Bəhruzun olmuşlar. Yaranmış səs-küyə də, əsəbi olduğuna görə kimlərin gəlməsini xatırlamır. Zərərçəkmiş şəxs onu bağışlamasını xahiş etdi. Buna görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs tanıyır. Zaurun onun qonşusudur. Zaur ilə aralarında əvvəllər heç bir dava-dalaş baş verməmişdir. Lakin təxminən 2 ilə yaxındır ki, aralarında narazılıq olub. Buna səbəb Zaurun ona məxsus torpaq sahəsindən öz sahəsinə yol verməsini istəməsidir. Lakin o Zaura yol verməmişdir. Ona görə də, Zaur və ailəsi ilə onun aralarında narazılıq olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Zaur onun torpaq sahəsində yol üçün basdırdığı dirəkləri çıxarıb onun sahəsinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində yaşadığı kənddə yerləşən Cavidin çayxanasında olmuşdur. Qardaşı oğlu Səbuhi ilə oturmuş, həmin vaxt Zaur onun yanına gəlmiş və ondan kobud formada nə üçün dirəkləri çıxarıb onun məhləsinə atmasını soruşmuşdur. O da, Zaura dirəklərin ona məxsus olmasını və həmin dirəkləri onun özünə qaytardığını söyləmişdir. Zaur isə ona nalayiq ifadə işlədərək dirəkləri yol üçün oraya basdırdığını və sonda da ondan yol alacağını söylədi. Buna görə də, aralarında mübahisə baş vermiş, mübahisə zamanı o stulda oturmuşdur. Həmin vaxt Zaur qəfildən bir dəfə yumruqla onun sol sifət nahiyəsindən vurmuş və o yerə yıxılmış, Zaurun isə bir neçə dəfə yumruqla onun sifət və qol nahiyələrindən vurmuşdur. Daha sonra Zaur çıxıb getmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq izahatında Şəxs ilə aralarındakı mübahisə və dava-dalaş xx.xx.2023-ci il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı kənddə yerləşən Cavidin çayxansında baş vermiş və 3-5 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı o Şəxs vurmamışdır. Ona heç bir xəsarət yetirməmişdir, dava-dalaş zamanı onun Şəxs nalayiq ifadələr işlətməmiş, lakin Şəxs ona nalayiq ifadələr işlətmişdir. Dava-dalaş zamanı Şəxs bir neçə dəfə yumruqla onun sifət və qol nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt orada ondan və Şəxs başqa Səbuhi vardı. Yaranmış səs-küyə dava-dalaş zamanı huşunu itiridiyinə görə kimlərin gəlməsini bilməmişdir. Şəxs hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Şəxs ondan üzr istəsə belə onu bağışlamayacaqdır. Buna görə də onun barəsində daha ciddi inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi Süleymanov Səbuhi oğlu izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Ağdaş rayonunun Yenicə kəndi ərazisində olan çayxanada şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə məlumat vermiş, hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Elçin Mütəllimovun 19 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin X2 göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 11 iyul 2023-cü il tarixindən, saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-415/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-415/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver