Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-416/2020 11.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx.xx.2020-ci il tarixdə X2 məxsus MR-155 markalı ********** №-li yivsiz ov silahının saxlanması və daşınması qaydalarını pozmuşdur. Faktla bağlı Ağdaş rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Qaradağlı kəndində yaşayır., MR- 155 markalı ********** №-li yivsiz ov silahı ona məxsusdur. Həmin silahın öz evində saxlamağı uyğun bilmədiyi üçün, ehtibar edərək silahı saxlaması üçün ona vermişdir. Həmin silahın xx.xx.2020-ci il tarixdə daşınması və saxlanılması qaydalarını pozmuşdur. Bununla bağlı etdiyi əməlin hüquq pozuntusu olduğu ona izah edilmişdir. Hal-hazırda əməlindən səmimi olaraq peşmandır. Tərtib edilmiş inzibati protokolla razı olaraq, bir daha belə hallara yol verməyəcəyinə dair söz vermişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin inzibati xətanı törətməkdə təqsirlidir və o, inzibati tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-in 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi, inzibati məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi, inzibati məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, bir ədəd MR-155 markalı, ********** nömrəli yivsiz ov silahı müsadirə edilməməklə Şəxs inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxx 1974-cü il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş, evli, işləməyən, Ağdaş rayonu, Qaradağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat inzibati cərimə edilsin. Qərarın icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi götürülən bir ədəd MR-155 markalı, ********** nömrəli yivsiz ov silahı Ağdaş RPŞ-də saxlanıldığı nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-416/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-416/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver