Məhkəmə qərarları › İş №3(014)-418/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-418/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-418/2020 16.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Qarayev Orxan Sərxan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəx Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X3, X1 iştirakı ilə, X1 Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə özünə məxsus olan VAZ-21063 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə Ağdaş rayonunun Şəkili kəndindən Ağdaş şəhəri istiqamətində asfalt örtüyünün hərəkət hissələrinin düz xətlə ayrılmış ona aid hissəsində, ötmə və yolun bir tərəfindən digər tərəfinə keçmə manevrlərinin qadağan edildiyi yerdə hərəkətdə olarkən, yol hərəkət etdiyi istiqamətdə nisbətən sağa burulduğundan həmin burulan hissəni keçib yoluna davam edərkən MERCEDES BENZ C220 markalı, **-LE-*** dövlət nömrə nişanlı avtomobil yolun bir tərəfindən digər tərəfinə orada yerləşən mağazanın qarşısına çıxmağa çalışaraq həmin avtomobilin sürücüsünün yol hərəkəti qaydalarına riayət etməyib anidən onun yoluna çıxdığından aralındakı məsafə çox az olduğu və mağazanın qarşısında yolun sol hərəkət hissəsində yük avtomobili dayandığı üçün qəzanın qarşısını ala bilməmiş və nəticədə avtomobillərimiz yolun ona aid hərəkət hissəsində toqquşmuşdur. Hadisə baş verməsinə səbəb MERCEDES BENZ C220 markalı, 99LE239 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün anidən yolun ona aid hərəkət hissəsinə çıxaraq düz xətti tapdalamaqla yolun bir hissəsindən digər hissəsinə keçməyə çalışması olmuşdur. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, onun barəsində Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 tərtib etdiyi xx xxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərmişdir ki, o, guya xx xxxxxxx 2020-ci il tarixdə, saat 13:25 radələrində inzibati xəta törətmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar qanunsuz olduğundan ləğv edilməlidir. O, heç bir inzibati xəta törətməmiş, heç bir qanuni əsas olmadan Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 onun barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında X7 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 şikayətin əsassız olduğundan təmin edilməməsini, xx xxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X6 izahatında əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 13:25 radələrində Ağdaş rayon Qolqəti kənd ərazisində baş vermiş yol nəqliyyat hadisəsi araşdırılarkən müəyyən olunmuşdur ki, hadisənin baş verməsinə hər iki sürücünün qayda pozuntusu səbəb olmuşdur. Belə ki, VAZ-21063 markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Ağdaş rayon Şəkilli kənd ərazisindən Ağdaş rayonu istiqamətində hərəkətdə olan zaman təxminən 40 metr məsafədən Mersedes Benz markalı **-LE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1.1 üfüqi nişanlanma xəttindən manevr etdiyini gördüyünü, bu zaman sürücü qarşı hərəkət zolağına keçərək saxlamaq istədiyini, bu zaman sağ hissədə kifayət qədər ehtiyyat hissəsi olduğu halda Mersedesin hərəkət zolağına çıxmış və Mersedes markalı avtomobilin yolunda avtomobillə toqquşmuşdur. VAZ-2106 markalı və Mersedes markalı avtomobilin sürücülərinin hər ikisi barəsində qayda pozuntusuna görə inzibati protokol tərtib edilmişdir. Məhkəmə şikayətçini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, İXP 359691 saylı protokoldan görünür ki, X2 rayonu Şəkili kəndi ərazisində xx xxxxxxx 2020-ci il tarixdə, saat 13:25 radələrində «VAZ 21063 MİNİK» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuşdur. Belə ki, sürücü Ağdaş Rayon Qolqəti kəndi ərazisindən Ağdaş Rayon istiqamətinə doğru hərəkətdə olarkən təxminən 40 məsafədən görmüşdür ki, Mersedes Benz markalı **-LE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1.1 üfüqi nişanlanma xəttindən manevr edir. Bu zaman sürücü manevr edərək əks istiqamətli hərəkət zolağına çıxmış, bu zaman həmin Mercedes markalı avtomobil öz yolunda onunla toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, X5 xx xxxxxxx 2020-ci il tarixdə saat 13:25 radələrində Qolqəti kəndi ərazisində MERCEDES BENZ C220 minik markalı **-LE-*** dövlət nömrə nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğuna görə barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, VAZ-21063 markalı, **- BG-*** dövlət nömrə nişanlı avtomobil asfalt yolu çıxıb yolunu davam etdirərkən MERCEDES BENZ C220 markalı, **-LE-*** dövlət nömrə nişanlı avtomobil öz hərəkət yolundan mağazanın qarşısında yolun hərəkət hissəsində yük avtomobili dayandığı üçün əks istiqamətli hərəkət yoluna çıxmış, VAZ-21063 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil öz hərəkət yolunun sağ hissəsində kifayət qədər ehtiyyat hissəsi olduğu halda avtomobillərin toqquşmasının qarşısını almaq üçün qarşı hərəkət zolağına istiqamətlənmiş, nəticədə Mercedes markalı avtomobillə toqquşmuş, beləliklə də manevr etmə qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən və videogörüntüdən X4 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə , 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud damlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. X4 məhkəməyə təqdim etdiyi şikayətində Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş serjantı X6 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və video görüntüdən qeyd olunan tarixdə X4 idarə etdiyi avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarına əməl etməməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə ərizəçinin qeyd olunan qərarın qanunsuz və əsassız olması qeyd etməsi barədə ifadələrini inzibati məsuliyyətdən yaxa qurtarmaq cəhdləri kimi qiymətləndirir. X4 şikayət ərizəsində qeyd etdiyi Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 tərəfindən barəsində qəbul edilmiş edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X4 Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X7 tərəfindən barəsində qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı şikayəti təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 126, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X7 tərəfindən barəsində qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı şikayəti təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar