Məhkəmə qərarları › İş №3(014)-418/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-418/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-418/2022 09.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Ağdaş şəhərində üzü Mingəçevir şəhərinə doğru idarə etdiyi “VAZ 21099” minik markalı, “K-158-TX-46” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan hərəkətdə olan zaman, düzgün ara məsafəsi saxlamadığına görə sürəti azalda bilməmiş, qabaqda hərəkətdə olan və sağ tərəfdə olan küçəyə dönmə manevri edən “Mercedes-Benz” minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsindən vurmuşdur. Hadisə zamanı “Mercedes-Benz“ minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, bədən xəsarəti alan olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası DİN-nin Baş Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımı tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə etibarnamə ilə ona məxsus olan “VAZ 21099” minik markalı, “K-158-TX-46” dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonundan Mingəçevir şəhərinə getmək üçün yola çıxmışdır. Ağdaş şəhərində Bakı- Şamaxı-Yevlax yolunun 241-ci kilometrində hərəkətdə olan zaman, düzgün ara məsafəsi saxlamadığına görə sürəti azalda bilməmiş, qabaqda hərəkətdə olan və sağ tərəfdə olan küçəyə dönmə manevri edən “Mercedes-Benz” minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsindən vurmuşdur. Hadisə zamanı avtomobildə ondan başqa qohumu Məmmədov Mahir də olmuşdur. Heç biri bədən xəsarəti almamışlar. Tibbi müayinəyə ehtiyacları olmamışdır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Hadisə zamanı “Mercedes-Benz” minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs dəymiş zərəri 1 aydan sonra ödəyə bilər. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Ağdaş şəhərində etibarnamə ilə idarə etdiyi “Mercedes- Benz” minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrində sağa dönmə siqnalını yandırıb sürəti azaldıb dönmə manevri etmək istəmişdir. Həmin zaman arxadan gələn “VAZ 21099” minik markalı, “K-158-TX-46” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun avtomobili ilə düzgün ara məsafəsi saxlamamış və onun avtomobilinin sağ arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobildə ondan başqa Məmmədov Mehman və Məmmədzadə Vüsal olmuşlar. Heç biri bədən xəsarəti almamışlar. Tibbi müayinəyə ehtiyacları olmamışdır. Lakin avtomobilinə maddi ziyan dəymişdir. Hazırda Şəxs ona dəyiş zərəri ödəməkdən yayınır. Buna görə də qanuna uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası DİN-in Baş Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımının inspektoru polis serjantı X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Ağdaş şəhərində üzü Mingəçevir şəhərinə doğru idarə etdiyi “VAZ 21099” minik markalı, “K-158-TX-46” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrində hərəkətdə olan zaman, düzgün ara məsafəsi saxlamadığına görə sürəti azalda bilməmiş, qabaqda hərəkətdə olan və sağ tərəfdə olan küçəyə dönmə manevri edən “Mercedes-Benz“ minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsindən vurmuşdur. Hadisə araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Hadisə nəticəsində isə zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Buna görə də inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən, saat 18:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar