Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-418/2024 29.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Baş Dövlət Yol Polis İdarəsinin Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Ağdaş rayonu, Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X16” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən, Ağdaş şəhəri, Məşəd küçəsində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 04 may 2024-cü il tarixdə, saat 19:30 radələrində sürücü Şəxs idarə etdiyi Mercedes Benz E190 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu, Nemətabad kəndindən 257-ci km-liyində Yevlax rayonu istiqamətində 90 km/saat surətlə hərəkətdə olarkən əks hərəkət yoluna çıxmaqla qarşıda onunla eyni istiqamətdə 70-80 km/saat surətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes E320 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı edərkən əks istiqamətdən nömrəsi və markası məlum olmayan yük avtomobilinin gəldiyini görüb öz yoluna qayıtmaq istəyərkən avtomobilinin sağ tərəfi ilə Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes E320 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi yolun orta xəttindən sağa doğru 1.1 metr məsafədə toqquşmuş avtomobil fırlanaraq yolun sol tərəfindəki dərəyə düşmüş, nəticədə X6 yüngül dərəcəli bədən xəsarəti almış və Zərərçəkmiş şəxs maddi zərər vurulmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Vİİİ Tağım YPX inspektoru X4 bildirdi ki, 04 may 2024-cü il tarixdə 42-ci marşurta xidmətdə olarkən və tədbirdə iştirak edərkən hadisə olması ilə bağlı məlumat daxil olmuşdur. Hadisə yerinə yaxınlaşarkən iki Mersedes markalı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin olduğunu görmüşdür. Mercedes Benz E190 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı edərkən düzgün manevr etmədiyindən yolun sol tərəfinə çıxmış, nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş və bir nəfər şəxs xəsarət aldığından Ağdaş rayon Mərkəzi Xəsətxanasına aparılmışdır. Digər avtomobilin sürücüsü isə səs-küy çox olduğundan çəkilərək kənarda dayanmış və polis əməkdaşlarının gəlməsini gözləmişdir. O, həmin yerə gəldikdə yol-nəqliyyat hadisəsinin baş verdiyini və hadisə nəticəsində xəsarət alındığını müəyyən etmişdir. Dərhal hadisə barədə tağım komandirinə və müstəntiqə məlumat vermişdir. Bundan sonra kənarda dayanan sürücü ona yaxınlaşaraq digər avtomobilin ona avtomobilinə dəydikdən sonra yolun sol cinahına düşdüyünü bildirmişdir. Daha sonra hadisə yerinə müstəntiq gəlmiş və hər iki sürücünün sərxoşluq vəziyyəti müəyyən edilməsi üçün yoxlanışdan keçirilmiş, Şəxs spirtli içkinin təsiri altında olması müəyyən edilmişdir. Ceyhun Qarayev sualları cavabkandırarkən bildirdi ki, o, hadisə yerinə gəldikdə hər iki avtomobil hadisə yerində idi və avtomobillər üzü Ağdaş-Xaldan istiqamətində dayanmışlardı. Ötmə əməliyyatını düz xətli yolda və sərt döngədə etmişdir. Zərərçəkmiş şəxs avtomobili yolun sağ cinahında dayanmış, Şəxs avtomobili isə yolun sol cinahında aşmış vəziyyətdə dayanmışdır. O, hadisə yerinə gəldikdə bir nəfər şəxsin xəsarət aldığını və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilmiş, digər sürücü Zərərçəkmiş şəxs isə hadisə yerində idi və heç bir xəsarət almamışdır. Hadisə yerində Elçin Cəfərov olduğundan onu Mingəçevir şəhərinə apararaq yoxlanışdan keçirmiş və spirtli içkinin təsirində olmadığı müəyyən olunmuşdur. Digər sürücü Zərərçəkmiş şəxs isə müstəntiq yoxlanışdan keçirmişdir. Həmin surət həddi 90 s/km-dir və ötmə əməliyyatı qadağandır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, yolla gedərkən Zərərçəkmiş şəxs avtomobilini ötmək istəyərkən onun avtomobilinə arxadan nəisə dəymiş və başı avtomobilin roluna dəydikdən sonra huşunu itirmişdir. Ayıldıqdan sonra avtomobilin aşmış vəziyyətdə olduğunu görmüşdür. Onun avtomobilinə dəymiş digər avtomobilin sürücüsü onu hadisə yerində qoyaraq çıxıb getmişdir. Şəxs sualları cavablandırarkən bildirdi ki, Zərərçəkmiş şəxs öz yolu ilə hərəkətdə olarkən ötmə əməliyyatı etmək istəmiş və idarə etdiyi avtomobilin surəti təxminən 120-140 olmuşdur. Hadisədən əvvəl yəni saat təxminən 19 radələrində o, spirtli içki olan araq içmiş, saat təxminən 20 radələrində bacısı ilə əri dalaşdığından bacısını gətirmək üçün spirtli içki qəbul etdiyi halda avtomobili idarə etmişdir. Onun sürücülük vəsiqəsi yoxdur. Hadisədən sonra onu xəstəxanaya təcili tibbi yardım maşını aparmışdır. Zərərçəkmiş şəxs pulunu ödəməmiş, çünki o, avtomobilini özü gedib düzəltdirmiş, bəlkə həmin xərci ona artıq deyir. O, zərərçəkmiş şəxsin pulunu ancaq məhkəmə qərarı əsasında ödəyəcək. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, hadisə baş verən günü arvadı və uşağı ilə birlikdə şam etmək üçün Xanabada gedirdilər. Yolda avtomobillə hərəkətdə olarkən maşının yan güzgüsündən baxaraq arxadan gələn avtomobilin sərt döngədə ötmə əməliyyatı etmək istədiyini və qarşıdan da böyük TİR gəldiyini görmüşdür. O, yoldan çıxaraq baş verəcək hadisənin qarşısını almaq məqsədi ilə avtomobilini sərt döngədə yolun sağ hissəsinə çəkmək istəyərkən Şəxs idarə etdiyi avtomobil onun avtomobilinin sol hissəsinə dəymiş və onun idarə etdiyi avtomobil firlanaraq yol kənarında olan yol nişanına dəydiyindən avtomobilin şüşələri sınaraq içəri tökülmüş, hətta 12 yaşında uşağının üzü zədələndiyindən qan axmağa başlamışdır. Daha sonra onun avtomobili sürtünərək biraz getdikdən sonra dayanmışdır. Qaranlıq olduğundan o, ətrafa baxmış və Elçinin hadisə yerindən qaçdığını düşünərək onu axtarmağa başlamış və geri qayıdarkən Elçinin də avtomobilinin aşdığını görmüşdür. Bundan sonra o, uşağını götürüb dördyol deyilən yerə apararaq xəstəxanaya göndərmiş, özü isə hadisə yerinə geri dönmüşdür. Zərərçəkmiş şəxs sualları cavablandırarkən bildirdi ki, hadisə zamanı maşının şüşələri qırılaraq uşağın üzünə tökülmüş və üzü kəsilmişdir. Özü isə heç bir xəsarət almamışdır. Hadisə nəticəsində avtomobilinə təxminən 2400 manat məbləğində ziyan dəymiş, lakin hazırda avtomobilin təmiri üçün 2700 manatadək pul xərcləmişdir. Dəfələrlə Elçingilin evinə gedərək dəymiş ziyanın ödənilməsini tələb etmişlər, lakin sonuncular heç bir ödəniş etməmişlər. Ona dəymiş ziyan hazırda ödənilməyib və ona dəymiş ziyanın ödənilməsini tələb edir, eyni zamanda Şəxs şikayətçidir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan DİN Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin rəisi Vüqar Əhədov tərəfindən DİN-in Baş Dövlət Yol Polisi İradəsinə ünvanlanmış 04 may 2024-cü il tarixli raportdan görünür ki, 04 may 2024-cü il tarixdə, saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 257-ci kilometrində Ağdaş şəhəri, Maşad küçəsi, ev 31/27-də yaşayan, 1985-ci il təvəllüdlü Şəxs idarə etdiyi Mersedes Benz E190 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun dərəsinə düşmüş, nəticədə sürücü xəsarət alaraq Ağdaş RMX-na müraciət etmişdir. İşin materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 04 may 2024-cü il tarixli protokolun surətindən görünür ki, Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu, Nemətabad kəndindən 257-ci km-liyində Yevlax rayonu istiqamətində 90 km/saat surətlə hərəkətdə olarkən əks hərəkət yoluna çıxmaqla qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan avtomobilinin sağ tərəfi ilə qarşıdan gələn avtomobilin qabaq sol tərəfi yolun orta xəttindən sağa doğru 1.1 metr məsafədə toqquşmuş avtomobil fırlanaraq yolun sol tərəfindəki dərəyə düşmüşdür. İşin materiallarında olan 04 may 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair protokoldan görünür ki, Şəxs yüngül dərəcə sərxoş olması müəyyən edilmişdir. İşin materiallarında olan 04 may 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs sərxoş olmaması müəyyən edilmişdir. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 iyul 2024-cü il tarixli, 3-16-16/2-8/1459 nömrəli ekspert rəyinin surətindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 190 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.X12 190 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq uyğunsuzluq olmuşdur. İşin materiallarında olan DİN-n Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 05 iyul 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarının surətindən görünür ki, qeyd olunan yolnəqliyyat hadisəsi üzrə sürücülərin əməlində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E320 markalı, **-NP-*** dövlət qeydiyyat avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərin texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşin materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 21 may 2024-cü il tarixli, 237 nömrəli ekspert rəyinin surətindən görünür ki, X5 bədənində olan xəsarətlər – sağ kürək nahiyəsinin yarası, küt alət təsirindən törənmiş, törənmə müddəti 04 may 2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğunda sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İşin materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 21 may 2024-cü il tarixli, 238 nömrəli ekspert rəyinin surətindən görünür ki, Şəxs bədənində olan xəsarətlər - beyin silkələnməsi, sol bazu oynağının çıxığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 04 may 2024-cü il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş materiallarında olan portaldan əldə olunmuş qohunluq məlumatlarından görünür ki, Şəxs himayəsində 08 may 2026-cı il təvəllüdlü X8 və 10 iyul 2008-ci il təvəllüdlü X9 adlı bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşqları vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslə barışmamasını və dəymiş ziyanı ödəməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Həbsetmənin əvvəli 29 avqust 2024-cü il tarixdən saat 17:25-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 01 (bir) ay müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 29 avqust 2024-cü il tarixdən saat 17:25-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-418/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-418/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver