Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-419/2023 08.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan X6 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə xx.xx.1981-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “El Express lombard” obyektinin fasadında müvafiq icazə olmadan reklam yerləşdirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ndə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində X6 İdarəsi tərəfindən 05 iyul 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X6 İdarəsinin nümayəndəsi X2 bildirdi ki, X6 İdarəsinin əməkdaşları Ağdaş rayonunda növbəti xidməti reyddə olan zaman, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən və Şəxs məxsus olan «El Express lombard” obyektinin mağazasının qarşısında açıq məkanda icazəsiz reklam qurğusunun yerləşdirilməsi faktını aşkar etmişlər. xx.xx.2023-cü il tarixdə X6 İdarəsinin əməkdaşlarının və Şəxs iştirakları ilə baxış keçirilməsinə dair akt tərtib olunmuş, Şəxs aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra Reklam haqqnda zərbaycan Respublikasının qanunun 26.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, **********0002 nömrəli icazə sənədinin müddətinin bitməsinə baxmayaraq müddətin uzadılmasından və ya 8,04 m2 ölçüdə olan digər fasad reklamını sökməkdən imtina etmiş və “Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə” 12 may 2023-cü il tarixdə 00094 nömrəli akt tərtib olunmuş, Şəxs yenə də akta imza etməkdən imtina etmişdir. Əməkdaşlar reklam qurğusunun yayımlanmasına görə icazə sənədinin alınmasının zəruriliyini obyekt rəhbərliyinin diqqətinə çatdırsalar da, qanunun tələbinə məhəl qoyulmamış, müvafiq sənədin alınmasından imtina edilmişdir. Şəxs mövcud qanun pozuntusunu aradan qaldırmaq üçün vaxt verilmiş, lakin qanunla müəyyən edilmiş güzəşt müddəti başa çatdıqdan sonra əməkdaşlar təkrar olaraq Şəxs məxsus olan «El Express lombard” obyektinə yaxınlaşmışlar. Teymur Məmədovun qanunun tələbinə məhəl qoymadığını, yəni qanunsuz reklam yayımını davam etdirməsi faktını aşkar etmişlər. Buna görə də 05 iyul 2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs (VÖEN: **********) barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, Şəxs (VÖEN: **********) Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «El Express lombard” obyektinin fasadında müvafiq icazə olmadan reklam yerləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə - görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs (VÖEN: **********) həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-419/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-419/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver