Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-419/2024 30.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, İnzibati xəta haqqında prorotokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakları ilə xx.xx.1969-cu ildə Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 18:00-da avtoxuliqanlıq edərək, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirmişdir. Bundan sonra onun barəsində Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfində araşdırma aparılmış, 11 mart 2024-cü il tarixdə onun tərəfindən sübutların qiymətləndirilməsi, cinayət işinin hissəvi xitam verilməsi haqqında qərar qəbul edilərək, Şəxs barəsində tədbir görülməsi üçün BDYPİ-yə göndərilməsi qərara alınmışdır. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq, onun barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən 25 aprel 2024-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİİİ Tağımının inspektoru, polis baş serjantı X3 izahatında bildirdi ki, Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 18:00-da avtoxuliqanlıq edərək, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirmişdir. Bundan sonra onun barəsində Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən araşdırma aparılmış, 11 mart 2024-cü il tarixdə onun tərəfindən sübutların qiymətləndirilməsi, cinayət işinin hissəvi xitam verilməsi haqqında qərar qəbul edilərək, Şəxs barəsində tədbir görülməsi üçün BDYPİ-yə göndərilməsi qərara alınmışdır. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq, onun barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən 25 aprel 2024-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünə məxsus “Qaz 3110” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili idarə etməyə sürücülük vəsiqəsi vardır. 18 noyabr 2023-cü il tarixdə “Ağ saray” restoranının yanında Röyalın idarə etdiyi “VAZ 21011” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanında saxlamış və hara getdiyini soruşub hal əhval etdikdə Röyala çörək almağa getdiyini demişdir. Bundan sonra isə avtomobilini işə salıb əsas yola çıxmışdır. Əsas yola çıxan zaman Röyal da idarə etdiyi avtomobil ilə arxasınca çıxmışdır. O, öndə, Röyal isə ondan arxada getmişdir. Bir qədər getdikdən sonra Röyalın onun idarə etdiyi avtomobili ötüb keçmək istədiyini görmüş və avtomobili bir qədər sağ tərəfə istiqamətləndirmişdir. Həmin vaxt Röyal bir qədər avtomobili sürətlə idarə etmişdir. Röyal bundan sonra isə sol yanından ötüb keçmək istəmiş və avtomobili idarə edib onu ötüb keçmişdir. Röyal onu ötüb keçdikdən sonra qarşıdan gələn “VAZ 2104” markalı avtomobil ilə onun hərəkət zolağında qarşı qarşıya toqquşmuşdur. Bundan sonra isə “VAZ 2104” markalı avtomobilin arxa hissəsi qalxaraq avtomobilinin üzərinə düşmüşdür. Bundan sonra isə dərhal avtomobili saxlamışdır. Avtomobildən düşdükdən sonra avtomobili elektrikdən ayırmışdır. Daha sonra Ağdaş RMX-yə getmişdir. Həmin vaxt başından xəsarət aldığı üçün orada ilkin yardım göstərmişlər. Hadisə vaxtı avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. İnzibati xəta haqqında iş üzrə özünü təqsirli bilmir. Hadisə vaxtı avtoxuliqanlıq etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 25 aprel 2024-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol, işin materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs avtoxuliqanlıq etməməmsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. İşin materiallarında olan sübutların qiymətləndirilməsi, cinayət işinin hissəvi xitam verilməsi haqqında qərar Şəxs və digər marağına toxunan şəxslər tərəfindən mübahisələndirilməmiş və həmin qərardan görünür ki, hər iki avtomobil kənddən eyni vaxtda çıxmış və qəza yerinə kimi çox yaxın məsafədə hərəkət etmişlər. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, istintaq zamanı R.Həsənov və Şəxs qəzadan əvvəl ötüşməsi, yəni sürət yarışının təşkil edilməsi kifayət qədər sübut edilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi avtomobili R.Həsənovun ötüb keçmək istəməsinə baxmayaraq, o, idarə etdiyi avtomobilin sürətini artıraraq və başqa hərəkətlərlə R.Həsənova maneə törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun İV bəndinə əsasən hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş onun nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinsin, onun nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 30 avqust 2024-cü il tarixindən, saat 17:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-419/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-419/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver