Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-420/2020 18.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs (Azizovs Ahmeds) oğlunun iştirakı ilə xx.xx.1970-ci ildə Ağdaş rayonu Yuxarı Qəsil kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş rayon, Yuxarı Qəsil ünvanında qeydiyyatda olan, Ağdaş rayon, Yuxarı Qəsil kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Şəxs Ağdaş şəhər, H.Əliyev prospektində köhnə xəsdəxananın dairəsi adlanan yerdə idarə etdiyi VAZ-2106 markalı avtomobilini Zərərçəkmiş şəxs (Azizovs Ahmeds) oğlunun idarə etdiyi avtomobilinin üzərinə sürərək onun əmlakına qəsdən 1000 manat ziyanlıq vurmuşdur. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin İQ-nun mütsəntiqi, polis kapitanı X1 icratında olan HK-1/1092 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünə məxsus VAZ-2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, idarə etmək üçün sürücülük vəsiqəsi və digər sənədləri olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində Ağdaş şəhər bazarında H.Əliyev prospekti ilə özü yaşadığı Yuxarı Qəsil kəndi isdiqamətində hərəkətdə olduğunu, avtomobildə qabaqda həmkəndlisi X4, İlkinin arxasında isə tanışı Oruc adlı şəxsin əyləşdiyini, avtomobili təxminən 50- 60 km saat surətlə hərəkət etdirdiyini, Ağdaş şəhəri, H.Əliyev prospekti ilə gəlib köhnə xəstəxananın dairəsi adlanan yerə çatdığını, dairəyə çatmağına təxminən 4-5 metr qalmış qəflətən qarşısına Mesedes markalı nömrəsini bilmədiyi avtomobilin çıxdığını, onu vurmamaq üçün əyləcdən istifadə etdiyini, lakin hadisənin qarşısını ala bilmədiyini, hərəkət yolunda toqquşma olduğunu, onun avtomobilinin qabaq sol tərəfinə dəydiyini, həmçinin də Mersedesin surətinin çox olduğunu, avtomobili saxlaya bilməyib gedib qabaqda aptekin qarşısında saxladığını, dərhal yerə düşdüyünü, özünü pis hiss etdiyi üçün Ağdaş rayon xəstəxanasına müraciət etdiyini, daha sonra isə həkim müayinəsidən keçdiyini, onun sərxoş olmamağı öz təsdiqini tapdığını, hadisə konkret olaraq xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində köhnə xəstəxananın yanında yerləşən dairədə baş verdiyini, hadisənin baş verməsinə səbəbin Mesedes markalı avtomobilin sürücüsü ahmed adlı şəxsin öz avtomobilini yolun əks istiqaməti ilə sürüb onun yoluna çıxması olduğunu, Əhməd (Ahmeds) öz yolu ilə gəlib dairədən, onun sol tərəfindən keçməli olduğunu, lakin dairədə avtomobillər olduğu üçün o avtomobilləri gözləməyib qarşı hərəkət yolu ilə gəlib onun yoluna çıxdığını, hadisə zamanı onun avtomobilində həmkəndlisi İlkin və tanışı Oruc adlı şəxslərin olduğunu, onların heç bir xəsarət almadıqlarını, Mersedes markalı avtomobili təxminən 4-5 metr məsafədən gördüyünü, həmin anda əyləcdən istifadə etdiyini, hadisədən əvvəl sərxoş olmadığını, Əhmədin (Ahmeds) də sərxoş olmadığını, ikisi də həkim müayinsindən keçən zaman sərxoş olmamaqları öz təsdiqini tapdığını, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı aldığını, ondan şikayət etmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs (Azizovs Ahmeds) oğlu izahatında özünə məxsus Mersedes markalı avtomobili olduğunu, həmin avtomobilin Latviya Respublikası qeydiyyatında olduğunu, avtomobilin Latviya dövlət qeydiyyat nömrəsinin HO-799 olduğunu, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və digər sənədləri olduğunu, xx.xx.2020-ci il tarixdə saat 15:50 radələrində həmin avtomobillə Ağdaş şəhəri H.Əliyev prospekti ilə üzü Ağdaş rayon prokurorluğu istiqamətində gəldiyini, avtomobili təxminən 50 km saat surətlə idarə etdiyini, avtomobildə qabaqda X7 əyləşdiyini, Ağdaş şəhəri H.Əliyev prospektində Köhnə xəstəxananın qarşısında yerləşən dairəyə çatan zaman dairədə olan avtomobilin qəflətən onun qarşı hissəsində dayandığını gördüyünü, onu vurmamaq üçün avtomobilini qarşı hərəkət yoluna tərəf çəkdiyini, bu zaman dairədən keçdikdə qarşı hərəkət yolunda VAZ-2106 markalı nömrəsini bilmədiyi avtomobilin onun qarşısına çıxdığını, həmin avtomobilin qabaq sol tin hissəsinin onun avtomobilinin arxa sol tərəfinə dəydiyini, VAZ-2106 markalı avtomobilin sürücüsünün onu həmkəndlisi Şəxs olduğunu, Rafiqlə aralarında münaqişə olduğunu, buna görə də Raqifin qəsdən avtomobili onun üzərinəsürüb bilərəkdən yol nəqliyyat hadisəsi törətdiyini, hadisədən sonra da sərxoşluq müayinəsindən keçdiyini və onun sərxoş olmamağı öz təsdiqini tapdığını, əlavə olaraq ona dəymiş ziyan ödənilsə belə barışmayacağını bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2, Ağdaş MTE və PA şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 586 saylı rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2, Ağdaş MTE və PA şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli 653 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs (Azizovs Ahmeds) oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Xəzər Lada ASC-nin 14 sentyabar 2020-ci il tarixli 53 nömrəli aktın surətindən görünür ki,X5 isdifadəsində olan “Mersedes Benz E-220” markalı HO-799 Latviya dövlət qeydiyyat nömrəli avtomobilinə 1000 manat ziyan dəymişdir. Xəzər Lada ASC-nin 14 sentyabar 2020-ci il tarixli 54 nömrəli aktın surətindən görünür ki, Şəxs isdifadəsində olan “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlıavtomobilinə 287 manat ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Buna görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxsnın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxsnın törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-420/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-420/2020
18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver