Məhkəmə qərarları › İş №3(014)-421/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-421/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-421/2020 05.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru T.Kərimovun iştirakı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Xəlilov X4 Rayon Məhkəməsinin 2(020)-2414/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən X2 ödəməli olduğu 4590 (dörd min beş yüz doxsan) manat aliment borcunu qərəzli olaraq ödəməyrək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək bildirdi ki, qətnaməmədən xəbəri olmayıb,belə ki,X3 ilə 2 ay qeyri-rəsmi münasibəti olub, uşağa atalıq verməyib, uşağa atalıq verilməsi və aliment barədə qətnamədən heç bir məlumatı olmamışdır, buna görə 4590 (dörd min beş yüz doxsan) manat məbləğdə aliment borcunun yarandığından da xəbərsiz olmuşdur,odur ki, aliment borcunu hazırda və ya yaxın müddət ərzində ödəmək iqtidarında olmadığını bildirdi. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəmə iclasında Beyləqan Rayon Məhkəməsinin 2(020)-2414/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Şəxs yetkinlik yaşına çatmayan Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 90 manat məbləğində alimentin tutularaq X1 xeyrinə verilməsi barədə icra vərəqəsinin icraatına daxil olduğunu, icra vərəqəsi daxil olduqdan sonra borclunun dəfələrlə Ağdaş rayon İcra və Probasiya şöbəsinə çağırılmasına və ona borcunu ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməkdən və borcu ödəməkdən yayındığını, bu vaxta qədər heç bir ödəniş etmədiyini, buna görə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin 4590 (dörd min beş yüz doxsan) manat aliment borcunun yarandığını, ondan aliment borcunu ödəməsi tələb olunsa da, borcunu qərəzli şəkildə ödəmədiyini təsdiq etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru T.Kərimovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında işin materialları ilə müəyyən edilir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-2414/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Şəxs yetkinlik yaşına çatmayan Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 90 manat məbləğində alimentin tutularaq X1 xeyrinə verilməsi qət edildiyini, icra sənədi Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra borclu Şəxs aliment borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə, alimenti ödəməsi ilə bağlı izahatının alınmasına baxmayaraq icra sənədi üzrə borclu Şəxs İcra və Probasiya şöbəsinə gəlməkdən və aliment borcunu ödəməkdən yayınmışdır, buna görə hazırda Şəxsicra sənədi üzrə 4590 (dörd min beş yüz doxsan) aliment borcu yaranmış, borcluŞəxs həmin borcu ödəməsi tələb olunsa da, aliment borcunu qərəzli olaraq ödəməkdən imtina etmiş, icra məmuru tərəfindən yaranmış aliment borcunun ödənilməsi ilə bağlı borclu Şəxs adına daşınar və daşınmaz əmlaknın olub-olmamasına dair müxtəlif bank və təşkilatlara sorğular göndərilmiş, icra məmurları tərəfindən borclunun yaşadığ ünvana baxış keçirilmiş, lakin borclunun adına tələbin yönəldilə bilinəcəyi heç bir əmlakı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İşin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, Şəxs barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbsetmənin əvvəli inzibati qaydada saxlanıldığı tarixdən və saatdan, yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 17:50-dən hesablanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxxx 1976-cı ildə Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində qeydiyyatda olan və Bakı şəhəri,Sabunçu rayonu,Bakıxanov qəsəbəsi,E.Mehdiyev küçəsi 33b-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar