Məhkəmə qərarları › İş №3(014)-421/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-421/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-421/2024 02.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1994-cü ildə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Yuxarı Qəsil kəndi ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs şillə ilə vuraraq ona sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X1 13 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 29 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-in sahə rəisi X6 izahatında Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs şillə ilə vuraraq ona sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X1 13 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul etməklə toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin İTByə göndərilməsi qərara alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 29 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Ağdaş rayonu Yuxarı Qəsil kəndində yaşadığını, X2, Zərərçəkmiş şəxs və Qanuni nümayəndə tanıdığını, onların onun həmkəndliləri olduqlarını, aralarında əvvəllər də bəzi münaqişələr və narazılıqlar baş verdiyini, təxminən 2018-ci ildən münasibətlərinin elə də normal olmadığını, belə ki, yaşadıqları evin qarşısından çirkab suların axıdılması üçün quyu olduğunu, özlərinin həmin quyudan istifadə etmədiklərini, yaşadıqları evin həyətyanı torpaq sahəsində yaşadıqları evin çirkab sularını axıtmaq üçün quyu qazdırdıqlarını və çirkab sularını həmin quyuya axıtdıqlarını, Gülnarəgilin isə yaşadıqları evin çirkab sularını onların yaşadıqları evin qarşısında yerləşən quyuya axıtdığını, həmin quyudan isə pis qoxu gəldiyini, quyunun isə evlərinə yaxın olduğundan qoxunun evin içərisinə gəldiyini, bir neçə dəfə onlara bu barədə irad bildirsələr də, onların yenə də çirkab sularını həmin quyuya axıtdıqlarını, bundan əlavə onların onu yaşadıqları kənddən şəhərə gedib-gələn mikroavtobuslara minməyə qoymadıqlarını, bir dənə də yaşadıqları evin ikinci giriş qapısının olduğunu, Gülnarəgilin onlara “siz o qapını başqa kişi adamların evinizə gizlincə girib çıxa bilməsi üçün qoymuşunuz” deyə bildirdiyini, yəni qısaca olaraq bu səbəblərə görə aralarında mütəmadi olaraq narazılıqlar münaqişələr baş verdiyini, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində yaşadıqları evdə olan zaman Gülnarənin ruhi xəstə olan bacısı Səyyarənin küçədə olan iribuynuzlu heyvanları evlərinin çöl hasarının kənarındə yerləşən dar küçəyə ötürdüyünü, həmin vaxt da heyvanların onların hasarının kənarında olan dəmirləri əzdiyini, özlərinin də səs-küyə çölə çıxdıqlarını, buna görə küçəyə çıxaraq Səyyarəyə öz iradlarını bildirdiklərini, Səyyarənin anası və bacısının da küçədə olduğunu, onlara Səyyarəni evə aparmalarını və çirkab sularını da başqa yerə axıtmalarını bildirdiyini, onların da onlara “yaxşı edirik” deyə bildirdiklərini, bu səbəbdən də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə birinci dəfə Səyyarənin sillə ilə onun sifət nahiyyəsindən vurduğunu, həmin vaxt Səyyarənin bacısı Gülnarənin onları videoqeydə aldığını, özünün də ona görə ona “Sən Səyyarənin məni vurmasını da çək da, mən də istəsəm Səyyarəni vuraram, lakin o ruhi xəstə olduğundan mən onu vurmuram ki, sonra deyəcəsiniz ki, sən xəstəni vurmusan” deyə bildirdiyini, həmin vaxt onların ünvanlarına nalayiq ifadələr işlətdiklərini, bundan sonra isə həmin vaxt evilərinə bir nəfər şəxs gəldiyini, özlərinin də buna görə yaşadıqları evə getdiklərini, Gülnarə də yaşadıqları evə getdiklərini, həmkəndliləri Gülnarənin, onun bacısı və anası ilə aralarında baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, baş vermiş mübahisə və dava-dalaş zamanı Gülnarənin ruhi xəstə olan bacısı Səyyarənin sillə ilə onun sifət nahiyyəsindən vurduğunu, mübahisə və dava-dalaş zamanı yanlarında kənar heç bir kəsin olmadığını, onun Səyyarəni vurmadığını, həmin hadisə üzrə özünü təqsirli bilmədiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştrakı ilə izahatında izahatında Ağdaş rayonu, Yuxarı Qəsil kəndində ünvanında yaşadığını, Şəxs onun qonşusu olduğunu, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evə gələn zaman qonşusu Şəxs onu təhqir etdiyini, daha sonra onun üzünə və gözünə vurduğunu, Şəxs ilə barışmadığını bildirdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında Ağdaş rayonu, Yuxarı Neymətabad kəndində ünvanında yaşadığını, Zərərçəkmiş şəxs onun doğma qızı olduğunu, qızı Səyyarənin anadan gəlmə əlil olduğunu, Şəxs Dəyanət qızının isə onun həmkəndlisi olduğunu, onunla Günayın anasının aralarında bəzi problemlərin olduğunu, belə ki, xx.xx.2024-cü il tarixdə, saat 18-19 radələrində qızı yaşadıqları evin qapısının qarşısında dayandığını, həmin vaxt Dəyanətin qızı Günayın qızı Səyyarının üzərinə gəldiyini, həmin vaxt Günayın əlləri ilə qızı Səyyarəni döyməyə başladığını, sonra da onların ünvanına nalayiq ifadələr işlətməyə başladığını, daha sonra digər qızı Gülnarə gələrək Günayla Səyyarəni aralaşdıraraq aranı sakitləşdirməyə başladığını, Günayla barışmadığını bildirdi. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 322 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sağ saidin orta 1/3-nin bayır səthinin sıyrığı, sağ dizaltı nahiyyənin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X1 13 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Eyni Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 29 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin və şahidin məhkəməyə verdiyii izahatı, ekspert rəyi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs Zərərçəkmiş şəxs vurmadığını bildirməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar