Məhkəmə qərarları › İş №3(014)-424/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-424/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-424/2020 10.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, F.Kərimovanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs,zərərçəkmiş şəxs G.Nəsibovanın inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Ş.Məmmədovun iştirakı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(005)-2493/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən X3 ödəməli olduğu 2130 (iki min bir yüz otuz) manat aliment borcunu qərəzli olaraq ödəməyrək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədov tərəfindən Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və çobanlıq etdiyini,aylıq 300 manat qzancı olduğunu, aliment üzrə iki dəfə 150 manat,bir dəfə isə 300 manat pul ödədiyini, maddi durumunun pis olması ilə əlaqədar tələb olunan aliment borcunu tələbkar X3 ödəyə bilmədiyini, buna görə 2130 (iki min bir yüz otuz) manat məbləğdə aliment borcunun yarandığını, aliment borcunu hazırda və ya yaxın müddət ərzində ödəmək iqtidarında olmadığını bildirdi. Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Şaiq Məmmədov məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(005)-2493/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Şəxs xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxx 2004-cü ildə anadan olmuş X8, xx xxxx 2006-cı ildə anadan olmuş X9 və xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X6 18 yaşına çatana qədər onların saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat, cəmi 210 (iki yüz on) manat aliment tutularaq X2 xeyrinə verilməsi barədə icra vərəqəsinin icraatına daxil olduğunu, icra vərəqəsi daxil olduqdan sonra borclunun dəfələrlə Ağdaş rayon İcra və Probasiya şöbəsinə çağırılmasına və ona borcunu ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməkdən və borcu ödəməkdən yayındığını, bu vaxta qədər son iki ayda 150 manat ödəniş etdiyini, daha sonra isə heç bir ödəniş etmədiyini, buna görə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin 2130 (iki min bir yüz otuz) manat aliment borcunun yarandığını, ondan aliment borcunu ödəməsi tələb olunsa da, borcunu qərəzli şəkildə ödəmədiyini təsdiq etdi. X1 məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qərəzli olaraq alimenti ödəmədiyini bildirərək qətnamə çıxandan bu günə qədər Şəxs ona cəmi 350 manat bir,iki dəfə isə 150 manat pul verdiyini bildirdi. Hazırda şikayətçidir,borcun tam şəkildə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs G.Nəsibovu, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Ş.Məmmədovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında işin materialları ilə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(005)-2493/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 2(005)-2493/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Şəxs xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxx 2004-cü ildə anadan olmuş X8, xx xxxx 2006-cı ildə anadan olmuş X9 və xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X6 18 yaşına çatana qədər onların saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat, cəmi 210 (iki yüz on) manat aliment tutularaq X2 xeyrinə verilməsinin qət edildiyini, icra sənədi Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra borclu Şəxs aliment borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə, alimenti ödəməsi ilə bağlı izahatının alınmasına baxmayaraq icra sənədi üzrə borclu Şəxs İcra və Probasiya şöbəsinə gəlməkdən və aliment borcunu ödəməkdən yayınmışdır, buna görə hazırda Şəxs icra sənədi üzrə 2130 (iki min bir yüz otuz) aliment borcu yaranmış, borclu Şəxs həmin borcu ödəməsi tələb olunsa da, aliment borcunu qərəzli olaraq ödəməkdən imtina etmiş, icra məmuru tərəfindən yaranmış aliment borcunun ödənilməsi ilə bağlı borclu Şəxs adına daşınar və daşınmaz əmlaknın olub-olmamasına dair müxtəlif bank və təşkilatlara sorğular göndərilmiş, icra məmurları tərəfindən borclunun yaşadığ ünvana baxış keçirilmiş, lakin borclunun adına tələbin yönəldilə bilinəcəyi heç bir əmlakı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İşin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, Şəxs barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbsetmənin əvvəli inzibati qaydada saxlanıldığı tarixdən və saatdan, yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1981-ci ildə Ağdaş rayonunun Ərəbocaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlidir, işləməyən, Ağdaş rayonunun Ərəbocaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar