Məhkəmə qərarları › İş №3(014)-424/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-424/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-424/2021 19.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Ağdaş rayonunun Qobu- Üstü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu Qobu-Üstü kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 15.09.2021-ci il tarixdə Ağdaş rayonu Yuxarı Nemətabad kəndində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 06 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 19.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsini etiraf edərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısı Ədalətin oğludur. Bacısı oğlu Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər də mübahisə və dava-dalaş olmuşdur. 15.09.2021-ci il tarixdə saat 18:00 radələrində həmkəndlisi Hikmət ilə özünə məxsus mal-qaranı otarmış, yaşadığı kəndin ərazisində yerləşən taxta körpü adlanan yerin yaxınlığından keçən zaman bacısı oğlu Zərərçəkmiş şəxs görmüşdür. Həmkəndlisi Hikmətə “mən bacım oğlu Xalidi görən zaman əsəbləşirəm” demişdir. Xalid də həmin vaxt ona nalayiq ifadə işlətmiş, bunun üstündə bacısı oğlu Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əlləri ilə onun yaxasından tutmuşdur. Bu zaman həmkəndlisi Hikmət adlı şəxs gəlib onları aralaşdırmışdır. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Bacısı oğlu Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı bacısı oğlu Zərərçəkmiş şəxs onu döyməmişdir. Ona heç bir xəsarət yetirməmişdir. Həmçinin, özü də bacısı oğlu Xalidi vurmamışdır. Ona heç bir xəsarət yetirməmişdir. Bacısı oğlu Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı bacısı oğlu Xalidi ölümlə və onun evini yandırmaq ilə hədələməmişdir. Mübahisə və dava-dalaş zamanı özündən və bacısı oğlu Xaliddən başqa orada həmkəndlisi X3 da olmuşdur. Yaranmış səs-küyə həmkəndlisi X2 da gəlmişdir. Gələcəkdə bir də belə hərəkətə yol verməyəcəkdir. Hazırda əməlindən peşmandır və bacısı oğlu Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun doğma dayısıdır. Dayısı Şəxs ilə aralarında əvvəllər də mübahisə və dava-dalaş olmuşdur. Dayısı Habil onu mütəmadi olaraq səbəbsiz olaraq narahat edir. Özü də buna görə onunla ünsiyyət saxlamır. 15.09.2021-ci il tarixdə saat 18:00 radələrində özünə məxsus ünvan 1ində yerləşən yaşadığı evin həyətində olan zaman dayısı Habil gəlmiş, dayısı Habil heç bir səbəb olmadan ona “səni öldürəcəm” söyləmişdir. O da dayısından “mən sənə nə etmişəm?” deyə soruşmuşdur. Dayısı Habil isə onu təhqir etmişdir. Bunun üstündə dayısı Habil ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı dayısı Habil yumruqla bir neçə dəfə onun baş nahiyəsindən və yerdən ağac parçası götürüb sol ayaq nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Özü də dayısı Habil ona endirdiyi zərbələrdən yerə yıxılmışdır. Dayısı Habil yerdə onu əlləri ilə boğmağa başlamış, bu zaman həmkəndliləri X2 və X3 gələrək dayısı Habili ondan aralaşdırmışlar. Dayısı Habil yenə də onu təhqir edərək və evini yandıracağı ilə onu hədələmişdir. Bundan sonra dayısı Şəxs çıxıb getmişdir. Dava-dalaş 5-10 dəqiqə davam etmişdir. Mübahisə və dava-dalaş zamanı dayısı Şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Mübahisə və dava-dalaş zamanı dayısı ona “səni öldürəcəm və evini yandıracam” deyə söyləmişdir. Əlində ancaq ağac parçası olmuş, həmin ağac parçasını dayısı Habil zibilliyə tullamışdır. Dayısı Şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı özündən və dayısı Şəxs başqa orada heç kim olmamışdır. Yaranmış səs-küyə həmkəndliləri X2 və X3 gəlmişlər. Hazırda dayısı ilə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs 15.09.2021-ci il tarixdə Ağdaş rayonu Yuxarı Nemətabad kəndində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi əlaməti olduğundan onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar