Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-424/2025 22.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 10 avqust 2025-ci il tarixli, EQ № 29865666 saylı, 11 avqust 2025-ci il tarixli, EQ № 29877347 saylı və 12 avqust 2025-ci il tarixli, EQ № 29907423 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binaslnda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 10 avqust 2025-ci il tarixli, EQ № 29865666 saylı, 11 avqust 2025-ci il tarixli, EQ № 29877347 saylı və 12 avqust 2025-ci il tarixli, EQ № 29907423 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Şahin Mustafayev şikayəti onunla əsaslandırmışdır ki, o, idarə etdiyi avtomobillə yol hərəkət qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimə olunmuş, maddi imkanı olmadığına görə həmin cərimələri ödəyə bilməmişdir. Bu səbəbdən Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 3(014)-7/2025 saylı və 27 yanvar 2025-ci il tarixli, 3(014)-33/2025 saylı qərarları ilə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Həmin cəriməni ödəmiş və heç bir borcu qalmamışdır. Buna görə də məhkəməyə vəsatətlə müraciət edərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5 və 153.4cü maddələrini rəhbər tutaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 3(014)-7/2025 saylı və 27 yanvar 2025-ci il tarixli, 3(014)-33/2025 saylı qərarlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 06 avqust 2025-ci il tarixli, 3(014)-7/2025 saylı və 07 avqust 2025-ci il tarixli, 3(014)-33/2025 saylı qərarlarına əsasən vəsatətləri təmin edilərək, məhkəmənin 10 yanvar 2025-ci il tarixli, 3(014)-7/2025 saylı və 27 yanvar 2025ci il tarixli, 3(014)-33/2025 saylı qərarlarına xitam verilmiş və inzibati məsuliyyətdən azad edilmişdir. Daha sonra qeyd olunan qərarları əldə edib 08 avqust 2025-ci il tarixdə Ağdaş rayon X5 X8 yaxınlaşmış, ona barəsində olan qərarların daxil olduğu və icra edildiyi bildirilmişdir. Daha sonra barəsində olan 10 avqust 2025-ci il tarixli, EQ № 29865666 saylı, 11 avqust 2025-ci il tarixli, EQ № 29877347 saylı və 12 avqust 2025-ci il tarixli, EQ № 29907423 saylı inzibati tənbeh vermə haqqında qərarlara əsasən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddələri ilə ayrı-ayrılıqda 400 manat cərimə olunması ona məlum olmuşdur. Halbu ki, qeyd edilən maddənin tələbində 328.1-ci - Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Barəsində əsassız qərar qəbul edilərək və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən yanlış qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında qərar tərtib edilərkən onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Xankəndində sürücü işləyir və sürət həddini aşdığına görə cərimə olunmuşdur. Maddi imkanı olmadığından cərimə borcunu ödəyə bilməmiş, məhkmənin 10 yanvar 2025-ci il və 27 yanvar 2025-ci il tarixli qərarlarına əsasən sürücülük hüququ məhdudlaşdırılmışdır. O, cərimələri ödədikdən sonra məsuliyyətdən azad olunması üçün vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatəti təmin edilmiş, barəsində olan 10 yanvar 2025-ci il və 27 yanvar 2025-ci il tarixli qərarlara xitam verilərək barəsində inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilmişdir. 08 avqust 2025-ci il tarixdə Ağdaş rayon X5 X8 yaxınlaşmış, ona barəsində olan qərarların daxil olduğu və icra edildiyi bildirilmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar əsassızdır. Odur ki, qeyd olunanların nəzərə alınıb barəsində tərtib edilmiş qərarların ləğv edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10 avqust 2025-ci il tarixli, EQ № 29865666 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilmişdir. 11 avqust 2025-ci il tarixli, EQ № 29877347 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilmişdir. 12 avqust 2025-ci il tarixli, EQ № 29907423 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilmişdir. Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 avqust 2025-ci il tarixli arayışın surətindən görünür ki, X1 adı Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Mərkəzi Məlumat sistemində yoxlanılarkən adına heç bir cərimə borcunun olmadığı müəyyən olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 3(014)-7/2025 nömrəli qərarından görünür ki, X2 tərəfindən verilmiş vəsatət təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 3(014)-7/2025 nömrəli qərarına xitam verilmiş və inzibati məsuliyyətə cəlb olunmuş X2 həmin inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 3(014)-33/2025 nömrəli qərarından görünür ki, X1 nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 3(014)-33/2025 saylı qərarının icrasına xitam verilmişdir. DİN BDYPİ Qİİ Mingəçevir “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş BC214088 seriya nömrəli sürücülük vəsiqəsindən görünür ki, X1 B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi var və 09 aprel 2034-cü il tarixədək etibarlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 152.5-ci madəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırki işin materiallarından müəyyən olunur ki, X2 ona tətbiq edilmiş yol hərəkəti qaydaları əlahinə olan inzibati cərimələri 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli və 27 yanvar 2025-ci il tarixli qərarları ilə sürücülük hüququ məhdudlaşdırılmışdır. Daha sonra X2 məhkəməyə vəsatətlərlə müraciət edərək, eyni zamanda vəsatətlərə onun adına heç bir cərimə borcunun olmadığına dair arayış əlavə edərək onun barəsində olan məhkəmə qərarlarına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci madəsinə əsasən X1 vəsatətləri təmin edilmiş və Ağdaş Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 3(014)-7/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli, 3(014)-33/2025 nömrəli qərarlarına xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. Lakin buna baxmayaraq 10 avqust 2025-ci il, 11 avqust 2025-ci il və 12 avqust 2025-ci il tarixdə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1ci maddəsinin tələbini pozmasına baxmayaraq, ona EQ № 29865666 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 400 (dörd yüz) manat, EQ № 29877347 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 400 (dörd yüz) manat və EQ № 29907423 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. X1 barəsində olan 10 avqust 2025-ci il tarixli, EQ № 29865666 saylı, 11 avqust 2025-ci il tarixli, EQ № 29877347 saylı və 12 avqust 2025-ci il tarixli, EQ № 29907423 saylı inzibati tənbeh vermə haqqında qərarlarda İXM-in 328.1-ci maddəsinin tələbi pozulduğu qeyd edilsə də, əslində həmin maddənin sanksiyasında 10 (on) manat məbləğində inzibati cərimə növündə tənbeh nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, həmin qərarlarda İXM-in 328.1-ci maddəsinin tələbi pozulduğu qeyd edilməklə, X2 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şahin Mustafayevin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1 və 135.1.6-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edirəm ki, şikayət qismən təmin edilməli, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 10 avqust 2025-ci il tarixli, EQ № 29865666 saylı, 11 avqust 2025-ci il tarixli, EQ № 29877347 saylı və 12 avqust 2025-ci il tarixli, EQ № 29907423 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 10 avqust 2025-ci il tarixli, EQ № 29865666 saylı, 11 avqust 2025-ci il tarixli, EQ № 29877347 saylı və 12 avqust 2025-ci il tarixli, EQ № 29907423 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(014)-424/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-424/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver