Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-425/2020 11.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi polis leytenantı X1 iştirakı ilə Şəxs Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2020-ci il saat 14:00 radələrində Ağdaş rayon Kotanarx kəndində, yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə və dava-dalaş olmuş, bu zaman Şəxs Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Kotanarx kəndində yaşayan X6 iləəri Şəxs arasında Ağdaş rayonu Kotanarx Kəndində yerləşən yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetrmişdir, bununla da Şəxs əməli Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsinin tərkibinə səbəb olmuşdur. Toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ağdaş rayonu Kotanarx kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Babbaşov Xanəli Zülfü oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X2 oğlu izah etdi ki, xx.xx.2020-ci il saat 14:00 radələrində Ağdaş rayon Kotanarx kəndində, yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə və dava-dalaş olmuş, bu zaman Şəxs Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, onunla 2015-ci il tarixdə ailə həyatı qurduqlarını, birgə nikahdan iki övladlarının olduğunu, həyat yoldaşı Gülər ilə aralarında əvvəllər də mübahisə və dava dalaşın baş verdiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində Ağdaş rayonu Kotanarx kəndində yerləşən yaşadığı evdə olduğunu, həmin vaxt həyat yoldaşı Gülərin istifadəsində olan mobil telefonuna zəng gəldiyini, Gülərdən onun telefonunu istədiyini, lakin Gülər telefonunu ona verməkdən imtina etdiyini, bunun üstündə Gülər ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Güləri əli ilə itələdiyini, Gülərin yerə yıxıldığını, daha sonra evdən çıxıb getdiyini bildirmişdir. Həmçinin Şəxs izahatında arvadı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava dalaşın xx.xx.2020-ci il tarixdə təxminən 14 radələrində Ağdaş rayonu Kotanarx kəndində yerləşən yaşadığı evdə baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs onu vurmadığını və ona xəsarət yetirmədiyini, dava-dalaş zamanı arvadı Zərərçəkmiş şəxsəli ilə itələdiyini, dava-dalaş zamanı arvadı Zərərçəkmiş şəxs ilə bir-birinə nalayiq ifadələr işlətmədiklərini, dava-dalaş zamanı orada özündən və arvadı Zərərçəkmiş şəxs başqa heç kimin olmadığını, səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığıəməlində yüngülləşdirici hal kimi nəzərə alnmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında, Şəxs onun yoldaşı olduğunu, onunla 2015-ci il tarixdə ailə həyatı qurduqlarını, onunla birgə nigahdan 2 övladlarının olduğunu, yoldaşı Xanəli ilə aralarında əvvəllər də mübahisə və dava-dalaş baş verdiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində yoldaşı Xanəlinin Ağdaş rayonu, Kotanarx kəndinə yerləşən yaşadığı evə gələrək, ona “sən niyə dünən evə gəlmədin, ananın evində qaldın?” deyə sualını verdiyini, yoldaşına heç nə demədiyini, qucağında övladı ilə öz yataq otağına keçdiyini, həmin vaxt qaynanası Təranə Babaşovanın onunla kobud danışmağa başladığını, bundan sonra yoldaşının istifadəsində olan mobil telefon ilə anasına zəng etdiyini, ona hər şeyi danışdığını, təxminən 10 dəqiqə sonra atası X8 Xanəlinin istifadəsində olan mobil telefona zəng edərək, yoldaşı ilə telefonda mübahisə etdiyini, yoldaşı Xanəlinin atası Fizulinin ona zəng etdiyinə görə ona əsəbləşdiyini və yaşadıqları evdə onu itələdiyini, yerə yıxılaraq üzünün palaza dəydiyini, yoldaşının da evdən çıxıb getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında yoldaşı Şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində Ağdaş Rayonu, Kotanarx kəndində yerləşən yaşadıqları evdə baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Şəxs onu itələdiyini, özü də yerə yıxılaraq üzünün palaza dəydiyini, dava-dalaş zamanı Şəxs vurmadığını, dava-dalaş zamanı yoldaşı Şəxs ilə bir-birinə nalayiq ifadələr işlətmədiklərini, dava-dalaş zamanı orada özündən və yoldaşı Şəxs başqa qaynanası Təranənin olduğunu, yaranmış səs-küyə heç kimin gəlmədiyini bildirmişdir Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ŞəxsAzərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materiallarıvə ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4, Ağdaş MTE və PA şöbəsinin xx xxxxxxx 2020ci il tarixli 650 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ qaşüstü nahiyənin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığı məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi və ağırladırıcı hallarının isə olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1993-cü il tarixdə Ağdaş rayonu, Kotanarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Kotanarx kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-425/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-425/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver