Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-425/2021 19.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Ağdaş rayonu Qolqəti kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 16.08.2021-ci il tarixdə saat 13 radələrində Ağdaş rayonu Qolqəti kəndi ərazisində qardaşı X3 ilə birlikdə Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döymüşdür. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin İQ-nun müstəntiqi, polis mayoru Elton Kərimovun 05 oktyabr 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 16.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Şəxs və qardaşı X3 arasında şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Şəxs və qardaşı X1 Sadiq Sədi oğlunu döyərək, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin İQ-nun müstəntiqi, polis mayoru Elton Kərimovun 05 oktyabr 2021-ci il tarixli qərarı ilə, Ağdaş rayonu Qolqəti kəndində yaşayan xx.xx.1994-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi Polis baş leytenantı X7 izah etdi ki Şəxs 16.08.2021-ci il tarixdə saat 13 radələrində Ağdaş rayonu Qolqəti kəndi ərazisində qardaşı X3 ilə birlikdə Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyərək ona sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, bununla da İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 16.08.2021-ci il tarixdə saat 13 radələrində Sadiqi yaşadığı kəndin ərazisində özünün idarə etdiyi avtomobilə qoyaraq kəndin çöl əkin sahəsinə getmiş, yolda qardaşı Pərvizi gömüş və avtomobili saxlayaraq Pərvizi maşına mindirmişdir. Onlar çöl otlaq sahə əraziyə çatanda avtomobili saxlamış və Sadiqə avtomobildən düşməsini bildirmişdir. Daha sonra özü də avtomobildən düşərək Sadiqə yaxınlaşmış və Sadiqdən onun anası barəsində xoşagəlməz ifadə işlədibişlətməməsini soruşmuşdur. Sadiq ona anası barəsində xoşagəlməz ifadə işlətmədiyini bildirmiş, həmin vaxt əsəbi olduğundan Sadiqin sifət nahiyyəsindən baş zərbəsi ilə bir dəfə vurmuşdur. Daha sonra Sadiqin sifət nahiyyəsindən yumruqla bir dəfə vurmuşdur. Zərbənin təsirindən Sadiq yerə yıxılmışdır. Bundan sonra qardaşı Pərviz onları aralaşdırmış və o özünə məxsus avtomobilə əyləşərək yaşadığı evə qayıtmışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə 16.08.2021-ci il tarixdə saat 13 radələrində Ağdaş rayonu Qolqəti kəndi ərazisində çöl otlaq sahədə baş vermiş və 3-5 dəqiqə baş vermişdir. Qardaşı Pərvizin Zərərçəkmiş şəxs vurmadığını, Sadiqin guya onun qardaşı Pərviz tərəfindən döyüldüyünü bildirməsi yalan olduğunu qeyd etmişdir. Törətdiyi əməldən peşman olduğunu, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında, Şəxs və X3 onun həmkəndlisidir. 16.08.2021-ci il tarixdə saat təxminən 12 radələrində həmkəndlisi Elnur İsmayılov onun yaşadığı Ağdaş rayonu Qolqəti kəndində yerləşən evinə gələrək onu küçəyə çağırmış, bu zaman Elnurun qardaşı Şəxs özə məxsus avtomobillə gələrək ona avtomobilə əyləşməsini söyləmişdir. O, avtomobilə minmiş və Təbriz avtomobili Ağdaş rayonu Qolqəti kəndində yerləşən çöl otlaq sahə əraziyə tərəf idarə etməyə başlamışdır. Təbriz özlərinə məxsus evin qarşısından keçən zaman qardaşı Pərvizi küçədə görərək onun yanında saxlamış, Pərviz avtomobilə əyləşdikdən sonra onlar çöl otlaq sahəyə tərəf hərəkət etmişdir. Çöl otlaq sahəyə çatdıqda avtomobildən yerə düşmüşlər, Təbriz ona “sən mənim atama arvadımın pozğun olduğunu demisən” deyə bildirmiş, bundan sonra Təbriz onun sifət nahiyyəsindən yumruqla vurmuş, buna görədə Təbrizi əli ilə itələmişdir. Bu zaman Təbrizin qardaşı Pərviz onu əlləri ilə arxadan tutmuş, Təbriz onun sifət nahiyyəsindən 5-6 dəfə yumruqla, qarın nahiyyəsindən təpiklə 2-3 dəfə vurmuşdur. Əli ilə sifət nahiyyəsini tutmaq istəyərkən şəhadət barmağı xəsarət almışdır. Bundan sonra Təbriz və Pərvizin Əlindən çıxaraq qaçmış, lakin Təbriz özünə məxsus avtomobillə onu qovmağa başlamışdır. Qaçaraq yaşadığı evə gəlmiş, bu zaman atası onun dodağından və sol gözünün altından qan axdığını görmüş və bu barədə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs ilə barışmadığını, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomoiya Birliyinin, Ağdaş MTE və PA şöbəsinin 18.08.2021-ci il tarixli 515 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol gözətrafı nahiyyənin qançırı, sol əli İV barmağının yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, 16.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olması onun əməlini yüngülləşdirici hal kimi nəzərə alınmalıdir. Onun əməlini ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, törətdiyi əməldən peşman olması onun əməlini yüngülləşdirici hal kimi olmasını, onun əməlini və ağırladıran hallarının olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-425/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-425/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver