Məhkəmə qərarları › İş №3(014)-426/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-426/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-426/2020 16.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs vəİnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus 90 manat dəyərində 8 litrlik somavarı oğurlamışdır. Faktla bağlı X3 haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Ağdaş rayon Aralbir kəndində yaşayan xx xxxx 1970-ci il təvəllüdlü Şəxs Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 2/14-də yaşayan Zərərçəkmiş şəxs 90 manat dəyərində 8 litrlik samovarını oğurlamışdır. Oğurlanmış predmetlərin dəyəri Azərbaycan Respublikası CMnin 177-ci maddəsinin tərkibini yaratmadığından, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Ağdaş rayon Aralbir kəndində yaşayan xx.xx.1970-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinin tərkibi əlaməti olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis kapitanı X4 izah etdi ki, İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Əhəmd oğluna məxsus 90 manat dəyərində 8 litrlik somavarı oğurlamışdır. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X5 xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, spirtli içki aludəçisidir, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus 90 manat dəyərində 8 litrlik samovarı oğurlamışdır. Əməlindən səmimi olaraq peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izah etdi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında ona məxsus 90 manat dəyərində 8 litrlik somavarı oğurlamışdır. Halhazırda ona dəymiş ziyan ödənilmiş və Şəxs ilə barışmışdır. Məhkəmə iclasında ona dəymiş ziyan ödənildiyindən və Şəxs ilə barışdığından hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin və Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatlarını dinləyərək hesab edir ki, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanı törətməkdə təqsirlidir, lakin aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 39.2, 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi : N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar