Məhkəmə qərarları › İş №3(014)-426/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-426/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-426/2021 19.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 iştirakı ilə xx.xx.1995-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Ağdaş rayonu Qolqəti kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 16.08.2021-ci il tarixdə saat 13 radələrində Ağdaş rayonu Qolqəti kəndi ərazisində qardaşı X2 ilə birlikdə Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döymüşdür. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin İQ-nun müstəntiqi, polis mayoru Elton Kərimovun 05 oktyabr 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 16.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə X2 və qardaşı Şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı X2 və qardaşı İsmayılov X1 Sadiq Sədi oğlunu döyərək, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin İQ-nun müstəntiqi, polis mayoru Elton Kərimovun 05 oktyabr 2021-ci il tarixli qərarı ilə, Ağdaş rayonu Qolqəti kəndində yaşayan 07.03.1994-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi Polis baş leytenantı X5 izah etdi ki X2 16.08.2021-ci il tarixdə saat 13 radələrində Ağdaş rayonu Qolqəti kəndi ərazisində qardaşı Şəxs ilə birlikdə Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyərək ona sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, bununla da İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 16.08.2021-ci il tarixdə saat 13 radələrində küçədə dayanan zaman qardaşı Təbriz idarə etdiyi avtomobili onun yanında saxlamış və ona avtomobilə minməsini demişdir. O Təbrizin idarə etdiyi avtomobilə minmişdir. Təbriz avtomobili Ağdaş rayonu Qolqəti kəndi ərazisində olan çöl otlaq sahəyə tərəf sürərək saxlamış və Sadiqə avtomobildən düşməsini bildirmişdir. Daha sonra özü də avtomobildən düşərək Sadiqə yaxınlaşmışdir. Bu zaman Təbriz Sadiqdən onun anası barəsində xoşagəlməz ifadə işlədib-işlətməməsini soruşmuşdur. Sadiq ona anası barəsində xoşagəlməz ifadə işlətmədiyini bildirmiş, həmin vaxt Təbriz Sadiqin sifət nahiyyəsindən baş zərbəsi ilə bir dəfə vurmuş, daha sonra Sadiqin sifət nahiyyəsindən yumruqla bir dəfə vurmuşdur. Zərbənin təsirindən Sadiq yerə yıxılmışdır. Bundan sonra mən onları aralaşdırdım və Təbriz özünə məxsus avtomobilə əyləşərək yaşadığı evə qayıtmışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə 16.08.2021-ci il tarixdə saat 13 radələrində Ağdaş rayonu Qolqəti kəndi ərazisində çöl otlaq sahədə baş vermiş və 3-5 dəqiqə baş vermişdir. O Zərərçəkmiş şəxs vurmamışdır, Sadiqin guya onun tərəfindən döyüldüyünü bildirməsi yalan olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında, X2 və Şəxs onun həmkəndlisidir. 16.08.2021-ci il tarixdə saat təxminən 12 radələrində həmkəndlisi Elnur İsmayılov onun yaşadığı Ağdaş rayonu Qolqəti kəndində yerləşən evinə gələrək onu küçəyə çağırmış, bu zaman Elnurun qardaşı Təbriz İsmayılov özə məxsus avtomobillə gələrək ona avtomobilə əyləşməsini söyləmişdir. O, avtomobilə minmiş və Təbriz avtomobili Ağdaş rayonu Qolqəti kəndində yerləşən çöl otlaq sahə əraziyə tərəf idarə etməyə başlamışdır. Təbriz özlərinə məxsus evin qarşısından keçən zaman qardaşı qardaşı Pərvizi küçədə görərək onun yanında saxlamış, Pərviz avtomobilə əyləşdikdən sonra onlar çöl otlaq sahəyə tərəf hərəkət etmişdir. Çöl otlaq sahəyə çatdıqda avtomobildən yerə düşmüşlər, Təbriz ona “sən mənim atama arvadımın pozğun olduğunu demisən” deyə bildirdi. Bundan sonra Təbriz onun sifət nahiyyəsindən yumruqla vurmuş, buna görədə Təbrizi əli ilə itələmişdir. Bu zaman Təbrizin qardaşı Pərviz onu əlləri ilə arxadan tutmuş, Təbriz onun sifət nahiyyəsindən 5-6 dəfə yumruqla, qarın nahiyyəsindən təpiklə 2-3 dəfə vurmuşdur. Əli ilə sifət nahiyyəsini tutmaq istəyərkən şəhadət barmağı xəsarət almışdır. Bundan sonra Təbriz və Pərvizin Əlindən çıxaraq qaçmış, lakin Təbriz özünə məxsus avtomobillə onu qovmağa başlamışdır. Qaçaraq yaşadığı evə gəlmiş, bu zaman atası onun dodağından və sol gözünün altından qan axdığını görmüş və bu barədə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Pərviz onu vurmamışdır. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs ilə barışmadığını, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta hadisəsi hesab edilə və bu əməl ictimai qaydanın pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş 19 oktyabr 2021-ci il tarixli inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 19 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar