Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-426/2025 15.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X1, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1965-ci ildə Ağdaş rayonunun Araliki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonunun Araliki kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 14 avqust 2025-ci il tarixdə saat 11:00-da Ağdaş şəhəri M.İsayev küçəsində uca səslə qışqıraraq ünvansız söyüşlər söyüb xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının “sakit ol sakitləş” qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs 14 avqust 2025-ci il tarixdə saat 11:00-da Ağdaş şəhəri M.İsayev küçəsində uca səslə qışqıraraq ünvansız söyüşlər söyüb xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının “sakit ol sakitləş” qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra 14 avqust 2025-ci il tarixdə saat 11 radələrində qeydiyyata düşmək üçün Ağdaş rayon Polis Şöbəsinə getmiş, Samid Kərimovun xidməti otağının qarşısından keçən zaman Samid Kərimov onu xidməti otağına çağırmışdır. Həmin vaxt o, Samid Kərimova ona görə günahsız yerə cəza çəkdiyini bildirmiş, Samid Kərimov onun bu sözündən əsəbləşərək ayağa qalxıb onu vurmuş, bundan sonra otaqda olan iki polis əməkdaşı onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşlar. Daha sonra onu şöbənin müvvəqəti saxlanılma yerinə aparmışlar, o, orada da şiddətə məruz qalmışdır. O, heç kimə söyüş söyməmiş, heç bir qanunsuzluq etməmişdir. Onun ümumiyyətlə mobil telefonu yoxdur. Səhhətində ciddi problemlər var, infarkt keçirmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nun polis nəfəri X8 izahatında bildirdi ki, 14 avqust 2025-ci il tarixdə saat 11:00-da Ağdaş şəhəri M.İsayev küçəsində o, Əhmədov Cəsarətlə xidmətdə olarkən bir nəfər şəxsin mobil telefonla ucadan qışqıraraq söyüş söydüyünü görüb, ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ictimai qaydanı pozmamasını, sakitliyə riayət etməsini bildirmişlər, həmin şəxs onların qanuni tələbnə məhəl qoymayıb qanunsuz əməllərinə davam etmişdir. Daha sonra həmin şəxsi Ağdaş RPŞ-ə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nun polis nəfəri X2 izahatında X3 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan X4 tərəfindən 11 avqust 2025-ci il tarixli arayışından görünür ki, Ağdaş Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 28 gün həbs edilmişdir. 25.10.23-cü ildən 11.08.25-ci ilədək cəza çəkmiş, Şəki Rayon Məhkəməsinin 11.08.25-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 12 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 avqust 2025-ci il tarixdə saat 11:45-də inzibati qaydada tutulmuşdur. Zahiri baxış zamanı bədənində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” protokoldan görünür ki, şəxsi axtarış və onun üzərində olan şeyləri yoxlama zamanı Şəxs üzərində heç bir qiymətli əşya aşkar olunmamışdır. İş materiallarında olan 19 avqust 2025-ci il tarixli 342 saylı ekspert rəyindən görünür ki, Şəxs bədənində olan hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan 27 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Ağdaş rayonu, Araliki kənd sakini, xx.xx.1965-ci il təvəllüdlü Şəxs xx.xx.2025-ci il tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkimkardioloqun qəbulunda olmuş, “Kəskin miokard infarktı” diaqnozu qoyulmuşdur. Reanimasiya şöbəsinə həmin diaqnozla stasionar müalicə üçün qəbul edilmişdir. Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. İş materiallarında olan 27 sentyabr 2025-ci il tarixli Ağdaş Rayon Mərkəzi Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Ağdaş rayonu, Araliki kənd sakini, xx.xx.1965-ci il təvəllüdlü Şəxs ilə xx.xx.2025-ci il tarixdə əlaqə saxlanılmış, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə dəvət edilmişdir. xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, “Ağdaş RMX” PHŞ-nin həkim-kardioloqu Rəvan Bağırlı tərəfindən müayinə olunmuşdur. EKQ nəticəsi: Sinus ritmi, LVH, mədəcikdaxili keçiricilik pozulması, İİ,İİİ,aVF-ST depressiya. EXO müayinəsi: LVEF-26% (inferior, lateral, apex akinetik, qlobal hipokinez) MÇ-ciddi. Xəstə Şəxs hal-hazırda hər hansı şikayətinin olmadığını bildirmişdir. Ambulator şəraitdə müalicəsinin davam etdirilməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə proses iştirakçısının izahatını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli olması sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, iş üzrə şahidlər X8 və X2 izahat verərək Şəxs mobil telefonla danışaraq yüksək səslə nalayiq ifadələr işlətdiyini göstərsələr də, iş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” protokoldan görünür ki, şəxsi axtarış və onun üzərində olan şeyləri yoxlama zamanı Şəxs üzərində heç bir qiymətli əşya aşkar olunmamışdır. Eyni zamanda Şəxs izahatında da mobil telefon işlətmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X9 müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə onun hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil həyata keçirmişdir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 hüquqlarının müdafiəsinə 10 (on) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan X7 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 110 (bir yüz on) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. X7 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 110 (bir yüz on) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-426/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-426/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver