Məhkəmə qərarları › İş №3(014)-427/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-427/2020

12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-427/2020 12.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X2 iştirakı ilə Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Ağdaşşəhəri, N.Nərimanov küçəsində X4 söyərək təhqir etmişdir. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X5 izah etdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Ağdaş şəhəri, N.Nərimanov küçəsində X4 söyərək təhqir etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Çinarə Lətifovanı tanımadığını, onunla heç bir ədavət və düşmənçiliyin olmadığını, onun xx.xx.2020-ci il tarixdə təxminən saat 17:00 radələrində dostu Allahverdi Şirinova məxsus qara rəngli VAZ-2107 **-NE-*** dövlət nömrə nişanlı avtomobilini onun idarə etmiş, Alahverdidə onun yanında əyləşmiş, onların avtomobillə Ağdaşşəhəri Nərimanov küçəsi ilə hərəkət etdiyi zaman bir nəfər xanımın yolun kənarı ilə gedərkən görmüş, səhvən başqa xanıma oxşadaraq piyada hərəkət etməsini görüb idarə etdiyi **- NE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili həmin xanımın yanına sürmüş, həmin qıza söz atmış, tanımadığı xanımın da ona məhəl qoymadığından əsəbləşmiş, həmin xanımın ünvanına nalayiq küçə söyüşləri söyərək oradan çıxıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izah etdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Ağdaşşəhər N.Nərimanov küçəsində piyada yaşadığı evə gedən zaman qara rəngli VAZ-2107 markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Şəxs avtomobili onun qarşısına sürmüş, onun ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamış, oda həmin avtomobilin içərisindən söyülən söyüşlərə məhəl qoymamış, avtomobilin rolunda olan sürücüəslində avtomobilin sahibi olmamış, həmin avtomobilin sahibi avtomobilin sağ oturacağında oturmuş, rolda olan sonradan adını Fuad bildiyi şəxs onun ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamış, sonradan Fuadın ona yenədə nalayiq küçə söyüşləri söyərək ona “sənnənəme niyə cavab vermirsən” sözlərini söyləmiş, oda oradan uzaqlaşaraq yaşadıqları evə getmişdir. Məhkəmədən Şəxs barəsində sərt inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, inzibati xətanı törətməkdə təqsirlidir və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinəəsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xəta törətmişin əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olub-olmaması, işin faktiki halları və inzibati xətanın xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallarını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1996-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş şəhəri, S.Vurğun küçəsində qeydiyyatda olan və yaşayan Şəxs oğu Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar