Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-427/2025 18.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş RPŞ-nin DYP-nin YPX-nin baş inspektoru X9, Müdafiəçi Ağdaş Rayon Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ağdaş rayonunun Aralbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonunun Aralbir kəndində yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 18 avqust 2025-ci il tarixdə saat 00:00 radələrində Ağdaş rayon Aralbir kənd ərazisində sürücü Şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə arxa-arxaya hərəkət edib manevr edərək ünvan 1 ünvanında yaşayan X4 məxsus Mercedes markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vuraraq avtomobilə 750 manat ziyan vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş RPŞ-nin DYP-nin baş inspektoru X15 izahatında bildirdi ki, 18 avqust 2025-ci il tarixdə saat 00:00 radələrində Ağdaş rayon Aralbir kənd ərazisində sürücü Şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə arxa-arxaya hərəkət edib manevr edərək ünvan 1 ünvanında yaşayan X4 məxsus Mercedes markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vuraraq avtomobilə 750 manat ziyan vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Daha sonra hadisə yerində olarkən həmin şəxslər aralarında heç bir razılığa gələ bilməmişlər. Bundan sonra həmin şəxslər izahatlarının alınması üçün Ağdaş rayon Polis Şöbəsinə dəvət etmişlər, hər iki sürücünün sərxoşluq vəziyyəti müəyyən edilməsi üçün yoxlanışdan keçirilmiş, nəticədə hər iki sürücünün spirtli içkinin təsiri altında olması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 18 avqust 2025-ci il tarixdə saat 00:00 radələrində Ağdaş rayonu Aralbir kənd ərazisində özünə məxsus olan sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman arxaya manevr edərkən arxadan gələn Mercedes markalı avtomobilin sol hissəsinə vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt avtomobildə tək olmuş, digər sürücü də tək olmuşdur. Daha sonra zərərçəkmiş şəxslə aralarında razılığa gəlmək istəsələrdə heç bir nəticə əldə olunmamıçdır. Həmin vaxt o, spirtli içkinin təsiri altında olmuşdur. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, 18 avqust 2025-ci il tarixdə saat 00:00 radələrində Ağdaş rayon Aralbir kənd ərazisində hərəkət edərkən Şəxs avtomobilini arxaya verib onun avtomobilinə vurmuşdur. Hadisə nəticəsində o, xəsarət almasa da onun avtomobilinə ziyan dəymişdir. Həmin ziyan 750 manat məbləğində qiymətləndirilmişdir. Şəxs həmin ziyanı ödəməkdən imtina etmişdir. Həm Şəxs, həm də o, hadisə zamanı sərxoş olmuşlar. DİN-in 102 xidmətinə hadisə barədə o, məlumat vermişdir. Və ona dəymiş maddi ziyanın məbləği 750 manat təşkil edir, dəymiş ziyan hazırda ödənilməyib və ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan 19 avqust 2025-ci il tarixli 04917 saylı alko testerdən məlum olur ki, X6 alkoqolun miqdarı 0.779% təşkil etmişdir. İş materiallarında olan 19 avqust 2025-ci il tarixli 04920 saylı alko testerdən məlum olur ki, Şəxs alkoqolun miqdarı 4.177% təşkil etmişdir. İş materiallarında olan 18 avqust 2025-ci il tarixli İXP ******* saylı inzibatı xəta haqqında protokoldan görünür ki, Hümbətov X7 Xətalar Məcəlləsinin 327.1 və 334.3-cü maddələri ilə Yol Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X15 tərəfindən onun barəsində protokol tərtib olunmuşdur. İş materiallarında olan 18 avqust 2025-ci il tarixli İXP ******* saylı inzibatı xəta haqqında protokoldan görünür ki, Şahmedov X8 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində Yol Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X15 tərəfindən protokol tərtib olunmuşdur. İşin materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs aid AE 234005 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İşin materiallarında olan 18 avqsut 2025-ci il tarixli Ağdaş RPŞ-in DYPB-nin rəisi polis polkovnik-leytenantı Namiq Qəmbərov tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Ağdaş rayonunun Aralbir kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmədiyi müəyyən olunmuşdur. İşin materiallarında olan “X14 Xidməti Stansiyası” MMC tərəfindən 18 avqust 2025ci tarixli № 58 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs 750 manat maddi ziyan dəymişdir. İşin materiallarında olan 18 avqust 2025-ci il tarixli Ağdaş RPŞ-in DYPB-nin rəisi, polis polkovnik-leytenantı Namiq Qəmbərov tərəfindən tərtib olunmuş arayışdan görünür ki, BDYPİ-nin Mərkəzi Məlumat sistemində yoxlanarkən Şəxs adına sürücülük vəsiqəsinin olmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə işə baxılması Ağdaş Rayon Məhkəməsinin səlahiyyətinə aid deyil. Belə ki, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 294-5.5, 294- 6, 295.6, 295.7, 296.2, 300.1, 302, 304, 325.1, 326, 327.8, 327-1.2, 327- 1.3, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 428.12, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslə barışmamasını və dəymiş ziyanı ödəməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə onun hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili X5 həyata keçirmişdir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 4 (dörd) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Həbsetmənin əvvəli 18 avqust 2025-ci il tarixdən saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. X10 məhkəmə zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 18 avqust 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-427/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-427/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver