Məhkəmə qərarları › İş №3(014)-430/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-430/2020

14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-430/2020 14.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X1 iştirakı ilə, Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Xətai Rayon Məhkəməsinin 2(011)-4766/18 saylı, xx xxxxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs 2 uşağa görə 9040 manat borcu Xətai rayon Məhkəməsinin 2(014)-4766/18 saylı, xx xxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs hər uşağa görə 154 manat cəmi 308 manat aliment tutulmalıdır. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsininrəisi X4 tərəfindən onun barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək Xətai Rayon Məhkəməsinin 2(011)- 4766/18 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü Qədimov Ömər Nail oğlunun saxlanılması üçün Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutulmalıdır. İmkanı olmadığına görə tələb olunan borcu ödəyə bilmədiyini, buna görə də 9040 (doqquz min qırx) manat borcunun yarandığını, ancaq hal-hazırda borcunu hissə-hissə ödəyəcəyini və buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X4 məhkəmə iclasında xx xxxxxx 2020ci il tarixdə icraatına Xətai Rayon Məhkəməsinin 2(011)-4766/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Şəxs Zərərçəkmiş şəxs 9040 manat borcu yarandığını, ondan həmin borcu ödəməsi tələb olunsa da, maddi imkanının zəif olmasını səbəb göstərərək borcunu ödəməkdən imtina edərək onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini, məhkəmədə işə baxılarkən borclu Şəxs borcunu hissə-hissə ödəyəcəyini bildirdi. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli 188176 nömrəli, xx.xx.2020-ci il tarixli 188184 nömrəli, xx.xx.2018-ci 018557 nömrəli, xx.xx.2020-ci il tarixli 188360 nömrəli, xx.xx.2019-cu il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli 188181 nömrəli, xx.xx.2020-ci il tarixli 188351 nömrəli, xx.xx.2020-ci il tarixli 188323 nömrəli, xx.xx.2020-ci il tarixli 188329 nömrəli, xx.xx.2020-ci il tarixli 188155 nömrəli, xx.xx.2020-ci il tarixli 188409 nömrəli, xx.xx.2020-ci il tarixli 127890 nömrəli, xx.xx.2020-ci il tarixli 188411 nömrəli, xx.xx.2020-ci il tarixli 188354 nömrəli mədaxil qəbizindən göründüyü kimi Şəxs 9040 manat borcdan 1850 manat pul ödəmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X3 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh Şəxs 9040 (doqquz min qırx) manat aliment borcu alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi barədə Xətai Rayon Məhkəməsinin 2(011)-4766/18 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, iş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X1 icraatına daxil olduqdan sonra borclu Şəxs həmin qətnamə üzrə 9040 (doqquz min qırx) manat borcu yaranmış, icra məmuru tərəfindən borcludan yaranmış pul borcunu ödəməsi tələb olunsa da, o, borcunu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, buna görə də icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmədə işə baxılarkən borclu Şəxs borcunu hissə-hissə olaraq tələbkara ödədiyini bildirmişdir. Bununla da borclu tərəfindən inzibati xətanın tərkibini yaradan hallar aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar