Məhkəmə qərarları › İş №3(014)-430/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-430/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-430/2022 16.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mən Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin polis kapitanı Arzuman Arzumanlının tərəfindən qəbul edilmiş 08 avqust 2022-ci il tarixli, TP5184407 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin polis kapitanı Arzuman Arzumanlının tərəfindən qəbul edilmiş 08 avqust 2022-ci il tarixli, TP5184407 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv olunması barədə şikayətlə Ağdaş rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, şikayət icraata qəbul edilməsinin və baxılmasının mümkünlüyü məsələsinin yoxlanılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarı ilə əşağıdaki nəticəyə gəlmiş və qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Şikayəti və ona əlavə edilən sənədlərdən görünür ki, törədilməsi ehtimal edilən inzibati xəta xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev küçəsi ilə 3cü Mikrarayon dairəsi ərazisində törədilmiş, həmin ərazi Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşir, qərardan şikayət verən X1 şəhəri Qələbə küçəsi 7 nömrəli ev ünvanında qeydiyyatda olmaqla yaşasa da, şikayətə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, şikayətin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni müzakirə edərək, belə nəticəyə gəlirəm ki, şikayətin baxılması Ağdaş rayon Məhkəməsinə aid deyil, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi məqsədi ilə, həmin şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin polis kapitanı Arzuman Arzumanlının tərəfindən qəbul edilmiş 08 avqust 2022-ci il tarixli, TP5184407 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar