Məhkəmə qərarları › İş №3(014)-431/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-431/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-431/2020 17.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmişşəxs Zərərçəkmiş şəxs vəİnzibati xəta haqqında protokol tərtib etmiş Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X1 iştirakı ilə Şəxs Azərbaycan RespublikasıİXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 23:30 radələrində sərxoş vəziyyətdə, Özünə məxsus olmayan CHEVROLET CRUZE markalı **-DS-*** qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 247-ci kilometrindəZərərçəkmiş şəxs məxsus QAZ-3110 markalı **-Bİ-*** qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurmuşdur. Məhəkəm iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş 8-ci tağımın YPX inspektoru polis baş serjantı X3 izah etdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 23:30 radələrində sərxoş vəziyyətdə, Özünə məxsus olmayan CHEVROLET CRUZE markalı **-DS-*** qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 247-ci kilometrindəZərərçəkmiş şəxs məxsus QAZ-3110 markalı **-Bİ-*** qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurmuşdur. Şəxs əməlində Azərbaycan RespublikasıİXMnin 334.3-cü maddəsinin tərkibi olduğundan barəsində Azərbaycan RespublikasıİXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx.xx.2020-ci il tarixdəözünə məxsus olmayan CHEVROLET CRUZE markalı **-DS-*** nömrə nişanlı avtomobillə Ağdaş rayon istiqamətində hərəkət etmiş, saat təxminən 23:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 247-ci km-də manevr edərək QAZ-3110 markalı **-Bİ-*** nömrə nişanlı avtomobilin önünəçıxaraq avtomobillə toqquşduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmişşəxs Zərərçəkmiş şəxs izah etdi ki, xx.xx.2020-ci il tarixdə ehtibarnamə ilə ona məxsus olan QAZ 3110 markalı **-Bİ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaldan isdiqamətində hərəkət edən zaman saat təxminən 23:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 247-ci km-də qarşıdan gələn CHEVROLET CRUZE markalı **-DS-*** nömrə nişanlı olan avtomobil bir tərəfli hərəkət yolundan əks isdiqamətdə hərəkət yoluna çıxmış, manevr etmişdir. Həmin vaxt sürətini azaldaraq üzərinə gələn CHEVROLET CRUZE markalı **-DS-*** nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmadan yayınmaq məksədi ilə avtomobilini sola doğru hərəkət etdirmiş, lakin CHEVROLET CRUZE markalı **-DS-*** nömrə nişanlınəqliyyat vasitəsi sürətini azaltmamış, onun avtomobilinin qabaq sol hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati xəta haqqında protoloku tərtib etmiş 8-ci tağımın YPX əməkdaşı polis baş serjantı X3 barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatını dinləyib, iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan RespublikasıİXM-nin 334.3-cü maddəsinəəsasən, bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmişşəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasına təqdim edilən “Xəzər-Lada” A.S.C-nin Ağdaş filialının xx xxxxxx 2020-ci il tarixli 68 nömrəli aktdan görünür ki məlum hadisə iləəlaqədar olaraq Zərərçəkmiş şəxs idarə etdiyi Qaz 3110 markalı **-Bİ-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 4189 manat dəyərində zərər dəymişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 218 saylı alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinənin nəticəsinə dair aktdan görünür ki, Şəxs sərxoşluğunun dərəcəsi orta dərəcəlidir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdəran hallar müəyyən edilmədi. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-in 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü müəyyən edilərkən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Azərbaycan RespublikasıİXM-in 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanın törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Zərər çəkmişşəxs Zərərçəkmiş şəxs izah edilsin ki, o, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs qarşı dəymiş ziyanın ödənilməsinə dair məhkəmədə mülki qaydada iddia qaldıra bilərlər. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini,əməlində məsuliyyəti yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1969-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş şəhər, M.İsayev küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar