Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-431/2021 21.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: «VAZ-21013» markalı 22BH797 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs 21 oktyabr 2021-ci il tarixdə, saat 10:30 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektindən üzü «Qəbələ dördyolu» istiqamətinə doğru hərəkətdə olan zaman qarşısında hərəkətdə olan «VAZ-2172» markalı 99BR924 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü piyada zolağına daxil olan piyadaçıya yol verən zaman onu arxa hissəsindən vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Hadisədən sonra sürücü İsayev X1 Nazirliyinin Mingəçevir Narkoloji Dispanserində yoxlanılan zaman narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar olunmuşdur. Buna görə 21 oktyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi və 21 oktyabr 2021-ci il tarixdə, saat 10:30 radələrində etibarnamə ilə istifadəsində olan «VAZ- 2101» markalı 22BN797 dövlət nəqliyyat nişanlı avtomobillə ilə Ağdaş rayonu, H.Əliyev prospektində üzü Qəbələ rayonu istiqamətinə doğru hərəkətdə olan zaman qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan «VAZ-2172» markalı 77BR924 dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi seçmədiyi üçün həmin avtomobilin sürücüsü piyada keçidindən keçən piyadalara yol verən zaman hərəkətini saxladığını, bu zaman əyləci basdığını, əyləcdə nasazlıq yarandığı üçün avtomobili saxlaya bilmədiyini və qarşısındakı avtomobili arxa hissədən vurduğunu, hadisə zamanı avtomobildə tək olduğunu, heç bir bədən xəsarəti almadığını və tibbi müayinəyə ehtiyacının olmadığını, həmçinin hadisədən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserində yoxlanıldığını və marixuana istifadə etdiyinin aşkar olunduğunu, əməlindən səmimi peşman olduğunu bildirdi, ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında 21 oktyabr 2021-ci il tarixdə, saat 10:30 radələrində etibarnamə ilə istifadəsində olan «VAZ-2172» markalı 99BR924 dövlət nəqliyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində üzü «Qəbələ dördyolu» istiqamətində hərəkətdə olarkən piyada keçidinə daxil olan piyadaçıya yol vermək üçün hərəkətini saxladığı zaman arxadan gələn «VAZ-2101» markalı 22BN797 dövlət nəqliyyat nişanlı avtomobilin sürücüsü onun avtomobilinin arxa hissəsidən vurduğunu, hadisə zamanı avtomobildə tək olduğunu, heç bir bədən xəsarəti almadığını və tibbi müayinəyə ehtiyacının olmadığını, sonradan avtomobili idarə edənin Şəxs olduğunu, avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı ilə razılığa gəldiklərini, ondan heç bir şikayətinin, tələbinin olmadığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətaların törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati materiala əlavə edilmiş 21.10.2021-ci il tarixli 1029 saylı sərxoşluq vəziyyətinin tibbi muayinəsi aktından görünür ki, Şəxs müayinə olunarkən onda narkotik sərxoşluq vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq nəqliyyat vasitələrini idarə etmək hüququ məhduldaşdırılmaqla cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1987-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Ağdaş şəhəri, Xosrov kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğdə cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-431/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-431/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver