Məhkəmə qərarları › İş №3(014)-433/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-433/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-433/2024 09.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işləmir, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 07 sentyabr 2024-cü il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X6 bildirdi ki, Şəxs 07 sentyabr 2024-cü il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 07 sentyabr 2024-cü il tarixdə Ağdaş Rayonu Yuxarı Ləki kəndində əsəbi olduğu ücün uca səslə küçədə telefonla danışmış, bu zaman ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq ictimai qaydanı pozduğunu və ətrafdakı vətəndaşları narahat etməmək üçün sakit olmağını bildirmişlər. Lakin o, tabe olmamışdır və söyüş söyməyə davam etmişdir. Daha sonra onu Polis Şöbəsinə aparmalı olduqlarını bildirdirmişlər. O, əsəbi olduğu üçün onların tələbinə etiraz etmiş, daha sonra onu Polis Şöbəsinə gətirmişlər. Əməlindən peşmandır və bir daha belə əmələ yol verməyəcəkdir. X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 07 sentyabr 2024-cü il tarixdə saat 18:50 radələrində Ağdaş Rayon Yuxarı Ləki kəndi ərazisində Ağdaş RPŞ-nin İTB-nin sahə polis nəfəri Şəmsi Mikayılov ilə birlikdə xidmətdə olarkən orada bir nəfər şəxsin səsküy saldığını görmüşlər, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, ondan sakit olmasını tələb etmişlər. Onlar vətəndaşa sakit olmasını, ictimai qaydanı pozmamağı, qanunçuluğa riayət etməyə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu izah etsələr də, o polisin qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz qanunsuz hərəkətlərini davam etmişdir. Bundan sonra həmin şəxsə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tələblərini izah edərək Ağdaş Rayon Polis Şöbəsinə gətirmişlər. Növbətçi hissədə həmin şəxsin Ağdaş şəhər Nizami küçəsi-1- da qeydiyyatda olan, xx xxxxxx 1992-ci il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 07 sentyabr 2024-cü il tarixdə saat 18:50 radələrində Ağdaş Rayon Yuxarı Ləki kəndi ərazisində Ağdaş RPŞ-nin İTB-nin sahə polis nəfəri Rauf Yunusov ilə birlikdə xidmətdə olarkən orada bir nəfər şəxsin səs-küy saldığını görmüşlər, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, ondan sakit olmasını tələb etmişlər. Onlar vətəndaşa sakit olmasını, ictimai qaydanı pozmamağı, qanunçuluğa riayət etməyə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu izah etsələr də, o polisin qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz qanunsuz hərəkətlərini davam etmişdir. Bundan sonra həmin şəxsə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tələblərini izah edərək Ağdaş Rayon Polis Şöbəsinə gətirmişlər. Növbətçi hissədə həmin şəxsin Ağdaş şəhər Nizami küçəsi-1- da qeydiyyatda olan, xx xxxxxx 1992-ci il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin 27 iyun 2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs barəsində 09 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunduğundan, o, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 07 sentyabr 2024-cü il tarixdə saat 19:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Həbsetmənin əvvəli 07 sentyabr 2024-cü il tarixdə saat 19:20-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar