Məhkəmə qərarları › İş №3(014)-435/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-435/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-435/2022 31.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs yol hərəkəti qaydaları əleyhinə inzibati xətaların törətdilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə barəsində Suraxanı rayon DYPŞ-nin polis kapitanı X1 tərəfindən 02 iyun 2022-ci il tarixdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında İXP ******* №-li protokol tərtib edilərək 04 avqust 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4cü maddələrinə əsaslanaraq Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 02 iyun 2022-ci il tarixdə idarə etdiyi «KİA OPTİMA MİNİK» markalı 99UP082 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətdiyinə görə 09 fevral 2022-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında elektron qərarla barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Şəxs barəsində tərtib edilmiş İXP ******* saylı protokolun 40 manat cəriməsi, xx.xx.2022-ci il tarixdə dəbbə pulu ilə birgə 64 manat tam ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs 09 fevral 2022-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında elektron qərara əsasən inzibati cəriməni və dəbbə pulunu ödədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1979-cu ildə Ağdaş rayonu, Qülbəndə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu, Qülbəndə kəndində yaşayan Şəxs 09 fevral 2022-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında elektron qərarlara əsasən inzibati cəriməni və dəbbə pulunu ödədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar