Məhkəmə qərarları › İş №3(014)-437/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-437/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-437/2020 24.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2020-ci il tarixdə Ağdaş şəhər, H.Əliyev prospekti 9/15/4 ünvanında yaşayan Şəxs üzərində təmiz çəkisi 0,55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Ağdaş rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 xx xxxxxx 2020-ci il tarixli HK-1/1350 saylı qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işi başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmiş, Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X5 məhkəmə iclasında izah etdi ki, xx.xx.2020-ci il tarixdə Ağdaş şəhər, H.Əliyev prospekti 9/15/4 ünvanında yaşayan Şəxs üzərində təmiz çəkisi 0,55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatıda, xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində Ağdaş RMX-da COVİD-19 diaqnozu ilə müalicə alan dostu Murad Həsənovu ziyarət etmək üçün getdiyini, onun Murada sovqat apardığını, həmçinin öz yanından Murada bir ədəd kağız bükümün icərisində marixuana apardığını, onun xətəxananın giriş qapısında olarkən mühafizə polisinin onun sovqatını yoxlamaq istədiyini, onun da, həmin vaxt sovqatda olan kağız bükümü cibinə qoyduğunu, mühafizə polisinin də, onun bu hərəkətini və özünü şüphəli aparmasını gördüyünü, daha sonra isə digər polis əməkdaşlarının gəldiyini və ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə ondan şüphələndiklərini bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirildiyini, baxış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində “Rothmans” yazılmış siqaret qutusunu və kağız bükümü növbətçi hissədə olan masanın üzərinə qoyduğunu, üzərindən çıxan siqaret qutusu açılan zaman icərisindən bir ədəd siqaret dənəsi aşkar edildiyini, üzərindən aşkar edilmiş kağız büküm açılan zaman içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar olunduğunu, bundan sonra aşkar olunmuş həmin bitki kütləsinin elektron tərzidə çəkildiyini və çəkisinin 1,07 qram olduğunu, sonra həmin kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, baxış zamanı fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu, onun və digər proses iştirakçılarının heç bir şikayətlərinin olmadığından protokola imza etdiklərini bildirmişdir. Həmçinin Şəxs izahatında onun üzərindən aşkar edilmiş narkotik vasitəni təxminən bir ay əvvəl Ağdaş şəhərində H.Əliyev prospekti ilə gedərkən tapdığını, lakin hal-hazrda həmin narkotik vasitəni hardan tapmasını xatrlamadığını, onun narkotik vasitə istifadəçisi olmadığını, həmin narkotik vasitəni elə-belə özü üçün saxladığını, onun heç vaxt heç kimə narkotik vasitə satmadığını, Murad Həsənovun ondan heç bir narkotik vasitə istəmədiyini, onun Murada sovqat aparan zaman Muraddan xəbərsiz öz başına ona narkotik vasitə aparmaq istədiyini bildirmişdir. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, 17/606 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “....Şəxs üzərindən aşkar edilmiş ...kağız büküm....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlindən ağırlaşdırıçı, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,53 qram olan qurudulmuş marixuana məhv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1983-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş şəhəri, H.Əliyev prospekti 9/15/4-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,53 qram olan qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : N.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar