Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-437/2022 18.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə 12 avqust 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 13/56 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın Vİİİ Tağımından daxil olmuş inzibati xəta haqqında materiala 18 avqust 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə İXP4799758 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 03 avqust 2022-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul etmiş və həmin tarixdə idarə etdiyi “CHEVROLET MALİBU MİNİK” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 265-ci km-də hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2106 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobiln arxa sol hissəsindən vuraraq Zərərçəkmiş şəxs maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında izahatıda təxminən bir müddət əvvəl narkotik vasitələrdən istifadə etdiyini, bundan sonra 03 avqust 2022-ci il tarixdə ehtibarnamə olmadan idarə etdiyi “CHEVROLET MALİBU MİNİK” markalı, **-SR- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonuna getmək istədiyini, Bakı-Qazax avtomobil yolunun 265-ci km-də Yevlax postuna çatan zaman Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın Vİİİ Tağımının əməkdaşlarının onun idarə etdiyi avtomobilə “Saxla işarəsini” verdiklərini, ehtibarnaməsi olmadığı avtomobili saxlamadığını, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2106 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobiln arxa sol hissəsindən vuraraq Zərərçəkmiş şəxs maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətdiyini, bundan sonra həmin yolun 286-cı km-də yaradılan süni maneə zamanı avtomobil saxlanıldığını, daha sonra polis əməkdaşları onu Ağdaş rayon Polis şöbəsinə gətirdiklərini, qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul etdiyi üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinə apardıqlarını, sidikində OPİ təyini olunan zaman onda OPİ qrupuna aid narkotik vasitə aşkar olunduğunu və həmin maddənin təsiri altında olduğu müəyyən edildiyini, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmə xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatıda özünə məxsus VAZ- 2106 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobiln olduğunu, 03 avqust 2022-ci il tarixdə Bakı-Qazax avtomobil yolunun 265-ci km-də Yevlax postuna çatan zaman bütün avtomobillərin dayandığını gördüyünü, o da idarə etdiyi avtomobili saxladığını, bu zaman sonradan adını bildiyi Şəxs ehtibarnamə olmadan idarə etdiyi “CHEVROLET MALİBU MİNİK” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus avtomobili vurduğunu, yol nəqliyyat hadisəsi törədilən zaman ona məxsus avtomobilin arxa kreli, arxa sol buferi, sürücü tərəf axra və qabaq qapıları, qabaq sol buferi əzildiyini, nəticədə mənə məxsus avtomobilə 1200 manat məbləğində ziyanlıq dəydiyini, Şəxs tərəfindən dəymiş ziyanlıq ödənilməsə də, ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 18 avqust 2022-ci il tarixli 1324/2022 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs OPİ qrupuna aid narkotik vasitə aşkar olunmuş və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi özünün, zərərçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, əmlak vəziyyətini əməlində məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran hallların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-437/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-437/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver