Məhkəmə qərarları › İş №3(014)-438/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-438/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-438/2023 08.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1999-cu ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 275-ci kilometrliyində Şəxs idarə etdiyi “KİA- CEED MİNİK” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə su arxına aşmış, nəticədə X3 xəsarət alaraq Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Vİİİ Tağım YPX inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında “KİA-CEED MİNİK” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etdiyini, onun B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi olduğunu, xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhərindən Şəmkir rayonuna gəlmək üçün yola düşdüyünü, Bakı-Qazax-Gürcüstan yolu ilə hərəkətdə olarkən yolüstü Hacıqabul rayonunda Nahid adlı şəxsi də Şəmkir rayonuna aparmaq üçün götürdüyünü, birlikdə gələrkən Ağdaş rayonu, ərazisində təxminən 100 km/saat surətlə hərəkətdə olarkən yolun sol zolağında yağış sularının toplandığını və onun üzərindən keçərkən avtomobilin sağa sola fırlandığından idarəetməni itirdiyini, avtomobilin sağa doğru gedərək yolun sağ kənarından keçən su arxına düşdüyünü, özünün və sərnişin avtomobildən çıxdıqdan sonra sərnişin Nahiddə yüngül xəsarət olduğundan Yevlax RMX-yə müraciət etdiyini, özünün isə heç bir xəsarət almadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək Şəmkir rayonu ərazisində yol tikintisində işlədiyini, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabirabad rayonundan Hacıqabul rayonu, Padar kəndi ərazisinə gəlib Bakı-Qazax-Gürcüstan yolu ilə Şəmkir rayonuna gedən taksilərlə getmək istədiyini, həmin gün səhər saat 08:30 radələrində “KİA- CEED MİNİK” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxladığını, onunla Şəmkir rayonuna getməyə 7 manata razılaşdıqlarını, həmin yolla gedərkən saat 10:30 radələrində Ağdaş rayonu, ərazisindən keçərkən Zəfəran ailəvi istirahət mərkəzinin qarşısına az qalmış avtomobilin yolun ortasına yığılmış sudan keçərkən sağa sola firlandığını, sürücünün sonradan adının Şəxs olduğunu öyrəndiyi şəxsin idarəetməni itirdiyini, avtomobilin yolun sağ kənarına doğru gedib yolun sağındakı su kanalına düşdüyünü, özünün və sürücünün avtomobildən sürücü tərəfdən çıxdığını, onun burnunda yüngül xəsarət olduğundan təcili yardımla Yevlax RMX-nə müraciət etdiyini bildirdi. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edildiyindən Şəxs əməli inzibati xəta hadisəsi törədilən vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar