Məhkəmə qərarları › İş №3(014)-438/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-438/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-438/2025 29.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixli, EQ 26081018 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsi ilə ona tətbiq edilmiş 80 (səksən) manat məbləğində inzibati cəriməni və xx.xx.2025-ci il tarixli, EQ 26548294 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə ona tətbiq edilmiş 100 (yüz) manat məbləğində inzibati cəriməni 3 ay müddətində ödəmədiyindən onun barəsində Ağdaş RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektoru X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inizbati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə, barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26081018 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 26548294 nömrəli inzibati tənbeh vermə haqqından qərarlardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə “HYUNDAİ SANTA FE MİNİK” markalı, 77SL976 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.4-cü və327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddələr ilə təqsirli bilinərək 180 manat cərimə edilmiş, həmin cəriməni ödəmədiyindən əlavə olaraq 108 (yüz səkkiz) manat məbləğində dəbbə pulu hesablanmışdır. Ağdaş rayon RPŞ-nin DYPB-nın portalından çıxarışlardan görünür ki, EQ 26081018 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar xx.xx.2025-ci il tarixdə, EQ 26548294 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar xx.xx.2025-ci il tarixdə Şəxs göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Asan Ödəniş” internet informasiya portalından əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 26081018 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 26548294 nömrəli qərar üzrə cərimə məbləği və ona hesablanmış dəbbə pulu ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.1967-ci il tarixdə Ağdaş şəhəri, Aral bir kəndində anadan olmuş (FİN xxxxxxx) Şəxs inzibati məsuliyyətdən azad edilməklə onun barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1967-ci il tarixdə Ağdaş şəhəri, Aral bir kəndində anadan olmuş (FİN xxxxxxx) Şəxs xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar