Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-44/2023 17.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1957-ci ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Ləki yolunun 10 km-də manevr edib geriyə dönmək istəyərkən qarşıdan gələn “Ford Tranzit” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmışdır. Nəticədə həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Sürücü avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:50 radələrində “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmişdir. Ağdaş-Ləki yolunun 10 km-də “Halal” marketin qarşısında yolun sağ ehtiyat hissəsindən düz xətdən manevr edib geriyə dönmək istəmişdir. Həmin zanan Ağdaş rayonu istiqamətində hərəkətdə olan “Ford Tranzit” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmışdır. Nəticədə həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş, heç bir bədən xəsarəti almamışdır. Tibbi müayinəyə ehtiyacı olmamışdır. Hadisə vaxtı o, avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmişdir. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:50 radələrində etibarnamə ilə onun istifadəsində olan “Ford Tranzit” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Ləki yolunun 10 km-də üzü Ağdaş rayonu istaqamətində hərəkətdə olmuşdur. Həmin zaman “Halal” marketin qarşısında yolun sağ ehtiyat hissəsindən düz xətdən manevr edib geriyə dönmək istəyən “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmış və onun avtomobilinin sol yan hissəsindən vurmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur. Heç bir bədən xəsarəti almamışdır. Tibbi müayinəyə ehtiyacı olmamışdır. Avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin baş inspektoru polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək müvafiq qanuna uyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-44/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-44/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver