Məhkəmə qərarları › İş №3(014)-441/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-441/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-441/2021 22.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlunun, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X1 iştirakı ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsi tərəfindən 2(014)-637/2021 saylı 29 yanvar 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun qanuni tələbini yerinə yetirməmiş, Zərərçəkmiş şəxs 160 (bir yüz altmış) manat borc və 20 (iyirmi) manat dövlət rüsumunu ödəməmişdir. Buna görə onun barəsində 22 oktyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X3 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-637/2021 saylı 29 yanvar 2021-ci il tarixli icra vərəqəsinin Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun icraatına daxil olduğunu, icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən 09.02.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini, borclu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, icra sənədinin icrası ilə bağlı borclu, yəni barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, ondan borcunu ödəməsinin tələb olunduğunu və borcunu ödəməsi barədə ona dəfələrlə rəsmi xəbərdarlıq edildiyini, borcun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan bütün tədbirlərin görüldüyünü, borclunun adına borcun ödənilməsi üçün hər hansı bir əmlakının aşkar edilmədiyini, Şəxs onun qanuni tələbini yerinə yetirmədiyi, Zərərçəkmiş şəxs olan borcunu ödəmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və əməlindən peşman olduğunu, Ağdaş Rayon Məhkəməsinin 2(014)-637/2021 saylı 29 yanvar 2021-ci il tarixli icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs borclu olduğu 180 manat pulu maddi vəziyyəti ağır olduğuna görə ödəyə bilmədiyini, buna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildiyini, inzibati xəta haqqında protokol məhkəməyə gətiriləndən sonra telefonunu girov qoymaqla üç gün müddətinə borcunu ödəyəcəyi ilə bağlı Zərərçəkmiş şəxs ilə razılığa gəldiyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-637/2021 saylı 29 yanvar 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq bu vaxta qədər ona olan 180 manat borcunu ödəmədiyini, borcun tam ödənilməsini tələb etdiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirildiyini, lakin iş məhkəməyə gətiriləndən sonra Şəxs borcunu üç gün müddətində ödəyəcəyinə söz veridiyini bildirdi və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş Zərərçəkmiş şəxs 22 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətiriləndən sonra borcu üç gün müddətində ödəyəcəyi barədə onunla razılığa gəldiyinə görə Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərədə tutulmuş qaydad sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tuutlan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar