Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-444/2020 01.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində X1 ilə birgə Ağdaş rayonu,Nehrəxəlil kəndində yerləşən kafedə şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Buna görə onun barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi, xx xxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində aralarında yaranmış mübahisə zamanı Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən kafedə Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiyini bildirdi.Həmçinin əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən kafedə onu döyərək xəsarət yetirdiyini, hazırda onunla barışdığını,şikayət və tələbinin olmadığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Hesab edirəm ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-444/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-444/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver