Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-445/2022 19.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 və Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Ağdaş rayonu Qobu- Üstü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Ağdaş rayonu Qobuüstü kəndində qeydiyyatda olan və yaşayn X7 haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 19 avqust 2022-ci il tarixdə saat 17:50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 tərəfindən X7 barəsində 19 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 19 avqust 2022-ci il tarixdə saat 01:40 radələrində ünvan 1 ünvansız nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və həmin yerdə xidmət aparan polis əməkdaşları onu sakitləşdirmək istəyərkən, istəyən və nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 izah etdi ki, 19 avqust 2022-ci il tarixdə saat 01:40 radələrində ünvan 1 ünvansız nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və həmin yerdə xidmət aparan polis əməkdaşları onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. X7 19 avqust 2022-ci il tarixdə saat 01:55-də inzibati qaydada tutulmuş, sərxoşluq halı yoxlanılmış, sərxoş olduğu üçün ayıldıqdan sonra, bu barədə tərəfindən araşdırma aparılmış, X4 və digər şəxslərin izahatları alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 məhkəmə iclasında izahatında Ağdaş rayonu Qarasuqumlaq kəndində yaşadığını, 19 avqust 2022-ci il tarixdə 2022-ci tarixdə Ağdaş rayonu Zeynəddin kəndində yerləşən kafedə qohumu X5 ilə spirtli içki qəbul etdiyini, bundan sonra yaşadıqları kənddə piyada gedən zaman ünvan 1 ünvansız nalayiq ifadələrlə söylədikləri üçün onları sakitləşdirmək istəyən və nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığını, bundan sonra polis əməkdaşları tərəfindən Ağdaş rayon Polis şöbəsinə gətrildiyini, 19 avqust 2022-ci il tarixdə saat 01:55-də inzibati qaydada tutulduğunu, əməlindən peşman olduğunu, polis əməkdaşlarından üzür istədiyini, bir daha belə əməllərə yol verməyəcəyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş Ağdaş rayon Polis şöbəsinin postpatrul xidməti bölüyü, polis nəfər X8 və Ağdaş rayon Polis şöbəsinin X1 sahə post-patrul xidməti bölməsinin sahə rəisi, polis serjantı X6 inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2 izahatında göstərdiyi xüsusatlarla eyni məzmunlu izahat vermişlər İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, X7 19 avqust 2022-ci il tarixdə saat 01:55-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoldan görünür ki, X7 11 aprel 2022-ci il tarixdə saat 01:55-də müayinə olunan zaman orta dərəcəli sərxoş, yəni 0.27 promilli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəlləsinin 31.1-ci maddəsinə əsasən İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 törətdiyi əməlindən peşman olması və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması onun əməlində məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, X4 özünün etirafedici izahatı, şahid izahatları və iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. X4 öz hərəkətləri ilə eyni vaxtda iki inzibati xəta törətdiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulduğu üçün X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs cərimə növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş X4 törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, şəxsiyyətini, əmlak vəziyyətini, əməlində yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 19 avqust 2022-ci il tarixdə saat 01:55-də inzibati qaydada tutulmuş X7 dərhal inzibati həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-445/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-445/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver