Məhkəmə qərarları › İş №3(014)-445/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-445/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-445/2023 24.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X12 Çingiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdaş şəhəri C.Hacıyev küçəsi 2/2 nömrəli evdə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 208-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 24 iyul 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20 iyun 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanda yerləşən özünə məxsus yaşayış evinin həyətində 2 (iki) ədəd dibçəkdə əkilmiş narkotik tərkibli çətənə bitkisini əkmiş və inkişaf etmək üçün ona aqrotexniki qaydada qulluq etmişdir. Həmçinin Şəxs üzərindən 0.42 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında izah etdi ki, Şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən özünə məxsus yaşayış evinin həyətində 2 (iki) ədəd dibçəkdə əkilmiş narkotik tərkibli çətənə bitkisini əkmiş və inkişaf etmək üçün ona aqrotexniki qaydada qulluq etmişdir. Daxil olmuş əməliyyat məlumatları əsasında Ağdaş rayon polis şöbəsinin əməkdaşları 20 iyun 2023-cü il tarixdə, saat 18:45 radələrində Şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirərkən 2 (iki) ədəd dibçəyə 35 sm və 135 sm uzunluqda narkotik tərkibli bitkisinə bənzər bitki aşkar edilmiş və X11 sertifikatlaşdırma Labaratoriyasında baş aqronomu X8 tərəfindən həmin narkotik tərkibli bitkilərə baxış keçirilmiş, rəy verilərək aqrotexniki qaydada qulluq olunduğu bildirilmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxarılmış və daha sonra həmin bitki 01 ədəd zərfə qablaşdırılmışdır. Həmçinin Şəxs üzərindən 0.42 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şəxs barəsində Ağdaş rayon X5 Bölməsində araşdırma aparılmış və onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı və 208-ci maddələrinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı və 208-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alıb Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İXM-nin 206-cı və 208-ci maddələri ilə özünü təqsirli bilir. ünvan 1 ünvanda yerləşən özünə məxsus evdə yaşayır. Narkotik vasitə istifadəçisidir. 20 iyun 2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdə olarkən yoldan onun kiminsə səsləməsini eşitmişdir. Həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkisi əkməyi barədə məlumat olduğunu söyləmişlər. O da həmin vaxt polis əməkdaşlarını yaşadığı evə dəvət etmişdir. Yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən 02 ədəd dibçəyə əkilmiş narkotik tərkibli bitkiləri aşkar edilmişdir. Daha sonra yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxarılmış və hündürlüyü 35 sm və 135 sm olmuşdur. Daha sonra həmin bitki sellofan paketə qablaşdırılmış, paketin üzərinə imza etmişlər. Daha sonra polislərlə birlikdə Ağdaş RPŞ-nə gətrilmiş, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Şübhəli kimi tutulmuş, daha sonra isə Ağdaş RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rənglı şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan büküm açılmış, həmin 01 ədəd şəffaf sellofan büküm açılan zaman içərisində yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar edilmişdir. Özü həmin maddənin marixuana olmasını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli bitki kütləsi olan 01 ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0.7 qram olmuşdur. Sonra həmin üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuşdur. İştirakçılar həmin zərfə imza etmişdir. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur, o, və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etmişlər. Əməlindən peşmandır. Onun barəsində yüngül cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 iyun 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanda yerləşən özünə məxsus yaşayış evinin həyətində 2 (iki) ədəd dibçəkdə əkilmiş narkotik tərkibli çətənə bitkisini əkmiş və inkişaf etmək üçün ona aqrotexniki qaydada qulluq etmişdir. Həmçinin Şəxs üzərindən 0.42 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/496 ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Şəxs yaşadığı evin həyətindən aşkar olunmuş 02 ədəd dibçəyə əkilmiş 02 ədəd narkotik tərkibli bitkiyə oxşçar bitki.’’ yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki, uzunluqları 35 sm və 135 sm, yaş vəziyyətdə ümumi çəkiləri- 215,0 qram olan 02 (iki) ədəd bitki nümunələri əkilıb-becərilməsı qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Arif Səmədovun 22 iyun 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şəxs üzərindən aşkar edilmiş içərisində narkotik tərkibli kütləyə oxşar bitki kütləsi olan 01 ədəd selofan büküm.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan- çətənə kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1160 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materiala əlavə edilmiş 22 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:25-də Şəxs şübhəli şəxs qismində tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şəxs 23 iyun 2023-cü il tarixdə saat 16:00-da MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması bildirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs öz hərəkətləri ilə eyni vaxtda iki inzibati xəta törətdiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs cərimə növü təyin edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 02 ədəd, uzunluqları 35 sm və 135 sm, yaş vəziyyətdə ümumi çəkiləri - 215,0 qram olan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,42 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 208-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü və 31.4-1-ci maddələri nəzərə alınmaqla, həmin Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş cərimə cəzasının yuxarı həddinin dörddə üçü həddində, yəni 300 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh növünü təyin edilsin. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 02 ədəd, uzunluqları 35 sm və 135 sm, yaş vəziyyətdə ümumi çəkiləri - 215,0 qram olan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,42 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar