Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-446/2021 03.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, şikayətçi X6 və qərarından şikayət verilmiş orqan Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X5 iştirakı ilə, X9 tərəfindən Ağdaş rayon Polis şöbəsinin 24 sentyabr 2021-ci il tarixli, MN0691989 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X9 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 290.1.3-cü maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilməsi barədə 24 sentyabr 2021-ci il tarixli, MN0691989 saylı inzibati qərar üzrə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X9 şikayətini müdafiə edərək göstərmişdir ki, qərarı qanunsuz və əsassız hesab edir. Ağdaş rayon Polis Şöbəsinin MN0691989 saylı 24.09.2021-ci İl tarixli inzibati tənbeh vermə haqqında qərar ona 21.10.2021-ci il tarixdə verilmişdir. Həm protokol, həm onun əsasında qərar pozuntularla tərtib edilmiş. Hadisənin predmeti haqqında protokolda “vət. X1 yaşadığı evin həyətində açıq halda müvafiq icra icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq itləri saxladığı və həmin itlər qonşuluqdakiları narahat etdiyi üçün” göstərilsə də, hansı müvafiq icra icra hakimiyyəti orqanının, həmin orqanın müəyyən etdiyi sayı nə olduğunu, və həmin “müvafiq icra icra hakimiyyəti orqanının müəyyən etdiyi sayı haqqında sənədi, və hadisə haqqında digər təfərrüatlar da göstərilməmişdir. Hadisənin predmetini təsdiq edən sübut kimi sadəcə “qonşuluqda yaşayan vətandaşların izahatları və fotoşəkillər” göstərilmişdir. Hal bu ki, bütün sübutlar olduğu halda şahidlərin vəya zərər çəkmiş fiziki şəxslərin adı, atasının adı, soyadı, onların yaşadığı yerin ünvanı və izahatının məzmunu mütləq göstərilməlidir. Sanki sübut olan fotoşəkillər haqqında heç bir məlumat yoxdur: kim çəkib, harda çəkib, nə çəkib, çəkməyə icazəsi olub mu və.s. Hal bu ki inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunmuşdursa, onun növü, modeli, markası, tipi, göstəriciləri və.s. qeyd olunmalıdır Protokol tərtib edilərkən ona tanış edilməmişdir. Protokol onun iştrakı olmadan tərtib edilmişdir. Bundan başqa protokolda guya göstərilmişdir ki, o izahat verməkdən imtina etmişdir. Hal bu ki, bunu təsdiq edən heç bir tərtib edilmiş akt yoxdur. 14.10.2021-ci il tarixdə izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Ağdaş rayonu Qoşaqovaq kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Həyətində 3 it saxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Republikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarındaki” 2-ci hissəsinə (“Heyvanların saxlanması şərtləri”) əsasən baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Qeyd olnan Qaydalarda yalnız çoxmərtəbəli binaların ayrıca mənzillərində ev heyvanlarının sayı müəyyən edilib, həyət evlərində və həyətyanı sahələrdə belə məhdudiyyət yoxdur. Saxladığı itlər “Baytarlıq İdarəsində” qeydiyyatdadır. Mütamadi olaraq baytarlıq nəzarətindən keçirir. Ya Gəncə şəhərində, yada Bakı şəhərində həmin itləri öz istəyi ilə vaksin etdirir. Həmin itlər müəyyən orqanlarını tam və ya qismən itirmışlər. Həmin itləri küçədən tapmışdır. İcra və bələdiyyə organları tərəfindən Qanunun tələb etdiyi kimi sığınacaqlar olmadığı üçün həmin itləri öz evində saxlayır. “Azərbaycan Republikasının yaşayış məntəqələrində İt, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarında 8-ci hissədə (“Heyvanların saxlanması qaydalarına nəzarət”), 8.1.2 maddəsində göstərildiyi kimi “daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarəlırinə məlumat verir”. Amma hal bu ki, protokolu tərtib edən orqan tərəfindən Ağdaş Rayon Baytarlıq İdarəsinə və hətta Ağdaş rayon İcra Hakimiyyətinə belə məlumat verilməyib, hansısa mübahisə yaradan nüanslar olsa belə, onların aradan qaldırılması haqqında təkliflər və ya hər hansı bir tədbirlər görülməmişdir. Hesab edir ki, hadisə ilə bağlı lazımi qaydada araşdırma aparılmamış, qanunsuz olaraq barəsində inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, o həyətində yalnız 3 ədəd xəstə it saxlayır, digər itlər ona məxsus deyildir. Həmin itlər kənd sakinlərinə məxsusdur. Buna görə də, Ağdaş Rayon Polis şöbəsinin 24 sentyabr 2021-ci il tarixli, MN0691989 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında izahat vermiş qərarından şikayət verilmiş orqan Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X8 göstərmişdir ki, X9 ev heyvanlarının saxlanılması qaydalarının pozaraq it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxladığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqda MN ******* nömrəli inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında 24.09.2021-ci il tarixli, 06914989 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 290.1.3-cü maddəsinə əsasən it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına görə iki yüz manat məbləğində cərimə edilir. İş matetriallarına əlavə edilmiş, Ağdaş rayon Polis şöbəsinın 24 sentyabr 2021-ci il tarixli, MN0691989 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 290.1.3-cü maddəsi ilə inzibati xəta törətdiyindən 200 (iki yüz) manat inzibati qaydada cərimə edilmişdir. İş matetriallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 rayonu Qoşaqovaq kəndində qeydiyyatdadır. Məhkəməyə şikayətçi tərəfindən təqdim edilmiş, sənədlərdən görünür ki, “Ağca”, “Nastinka” və “Xurma” adlı itlər baytar həkim müayinəsindən keçrilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarının 2.1-ci bəndinə əsasən Baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Göründüyü kimi yaşayış məntəqələrində it saxlanması qaydaları yalnız şəhərdə və şəhərtipli qəsəbələrdə, çoxmərtəbəli binaların ayrıca mənzillərində nəzərdə tutulduğundan X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 290.1.3-cü maddəsinin tələbi pozulmamışdır. İnzibati Xətalar Məcəlləsi inzibati icraatla bаğlı digər mаtеriаllаr üzrə sübut еdilməli оlаn hаllаrın müəyyən еdilməsinə аid оlаn məlumаtlаrın hüquqi fоrmаsı kimi sübutlаrın mümkünlüyünü ən vаcib şərtlərindən biri kimi məlumаtlаrın, sənədlərin və əşyаlаrın əldə еdilməsi qaydasını yаlnız İXM-də göstərilən üsullarla həyata keçirilməsini təsbit etmişdir. Bu qaydalara əməl edilmədən həyat keçirilən hərəkətlər nəticəsində əldə edilən sübutlardan istifadə edilməsi isə yol verilməzdir. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.6-cı maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 290.1.3-cü maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilməsi barədə Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş 24 sentyabr 2021-ci il tarixli, MN0691989 saylı inzibati qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİM: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İXM-nin 290.1.3-cü maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilməsi barədə Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş 24 sentyabr 2021-ci il tarixli, MN0691989 saylı inzibati qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-446/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-446/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver